Əlixan Musayev:
Allah ədalətlə hökm verər. Ondan başqa yalvardıqları (bütlər) isə heç bir şeyə hökm verə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir!
Bünyadov-Məmmədəliyev:
Allah (qiyamət günü) ədalətlə hökm edər. Ondan (Allahdan) başqa ibadət etdikləri (bütlər) isə heç bir şey hökm edə bilməzlər. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!
Elmir Quliyev
:
Аллах судит по справедливости, а те, которых призывают вместо Него, не решают ничего. Воистину, Аллах — Слышащий, Видящий.
Ələddin Sultanov:
Allah ədalətlə hökm verər. Ondan başqa dua etdikləri isə heç bir şeyə hökm verə bilməzlər. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.
Kerbelayi Malik ağa:
Allah haqq ilə hökm edər. Ondan başqa tapındıqları heç bir şey haqqında hökm verə bilməzlər. Şübhəsiz ki, Allah ən yaxşı eşidən və ən yaxşı görəndir.
Ələsgər Musayev:
Və Allah həll edir haqq ilə. O kəsləri
ki, çağırırlar Ondan başqa, həll etmirlər şeylə. Həqiqətən, Allah
– O Səmidir, Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
(Yaradılış, idarəçilik və şəriət barəsində) haqq hökm çıxaran Allahdır və (müşriklərin) Allahın yerinə çağırdıqları heç bir hökm çıxara bilməzlər. Həqiqətən (hər bir şeyi) eşidən və görən Allahdır!
Kövsər Tağıyev:
Allah haqq və ədalətlə hökm edər. Allahdan başqa tapındıqları isə heç bir hökm verə bilməzlər. Şübhəsiz, Allah haqqı ilə eşidəndir, haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah haqq ilə hökm verər. Ondan başqa çağırdıqları isə heç bir şey barəsində hökm verə bilməzlər. Həqiqətən, Allah eşidəndir, görəndir!
Sabirə Dünyamalıyeva:
Və Allah haqqı gerçəkləşdirir. Onların Onun altındakılardan yalvardıqları kəslər heç bir şeyi gerçəkləşdirə bilməzlər. Şübhəsiz ki, Allah, ən yaxşı eşidən, ən yaxşı görəndir.