Fussilət Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.
Elmir Quliyev :
Когда же они достигнут его, их слух, взоры и кожа станут свидетельствовать против них о том, что они совершали.
Ələddin Sultanov:
Nəhayət, ora gəldikləri zaman qulaqları, gözləri dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.
Kerbelayi Malik ağa:
Hətta oraya gəldikləri zaman onların əleyhinə gözləri, qulaqları dəriləri etdiklərinə şəhadət verirlər.
Ələsgər Musayev:
Ta onda ki, gəldilər oraya, şahidlik etdilər əleyhinə onların eşitmələri bəsirətləri cildləri ilə ki, oldular əməllilər.
A.Mehdiyev və D.Cəfərli:
Nəhayət onların hamısı oda çatanda ətləri, gözləri bədənlərinin dəriləri onlara qarşı, (dünyada) etdiklərinə (dünyada görüb şahid olduqlarına) şəhadət verərlər.
Kövsər Tağıyev:
Nəhayət, cəhənnəmə çatdıqları zaman qulaqları, gözləri dəriləri etdikləri əməllər haqqında özləri əleyhinə şahidlik edərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar oraya gələn kimi qulaqları, gözləri dəriləri tutmuş olduqları əməllərə şahidlik edər.
Sabirə Dünyamalıyeva:
Nəhayət oraya gəldikləri zaman, onların eşitmə, görmə duyğuları dəriləri, etdikləri şeylər barəsində onların əleyhlərinə şahidlik edəcək.