Əlixan Musayev:
Biz axirət savabını istəyənin savabın artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz.
Bünyadov-Məmmədəliyev:
Biz axirət qazancını (savabını) istəyənin qazancını artırar, dünya mənfəəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur.
Elmir Quliyev
:
Тому, кто пожелал нивы Последней жизни, Мы увеличим его ниву. Тому же, кто пожелал нивы мирской жизни, Мы дадим из нее, но ему не будет доли в жизни Последней.
Ələddin Sultanov:
Kim axirət qazancını istəyərsə, Biz onun qazancını artırarıq. Kim də dünya qazancını istəyərsə, ona ondan (dünya nemətlərindən) verərik. Ancaq axirətdə onun heç bir nəsibi olmayacaqdır.
Kerbelayi Malik ağa:
Kim axirət qazancını istəsə, Biz onun qazancını artırarıq. Kim dünya qazancını istəsə, ona da dünya qazancından artırarıq (verərik). Onun axirətdə nəsibi yoxdur.
Ələsgər Musayev:
Kim istəyən oldu axirət əkinini, onun üçün
artırarıq o əkinində. Və kim istəyən oldu dünya əkinin, əta
edərik ondan ona və yoxdur onun üçün axirətdə nəsib.
A.Mehdiyev və D.Cəfərli:
Kim axirət əkini istəsə (axirət məhsulu üçün əməl toxumu əksə) onun əkinini artırarıq (lütfkarlıqla ona ədalətli dəyərin ən azı on bərabərini verərik) və kim dünya əkini istəsə (əməli dünya məqsədi ilə etsə, Biz Öz yazımıza əsasən) ondan ona verərik və həmin şəxsin daha axirətdə bir payı olmayacaqdır.
Kövsər Tağıyev:
Kim axirət qazancını istəsə, onun qazancını artırarıq. Kim də dünya qazancını istəsə, ona da istədiyindən verərik, lakin onun axirətdə heç bir payı yoxdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim axirət əkinini [qazancını] istəyirdisə onun əkinini artırırıq, bu dünya əkinini istəyirdisə ona ondan veririk. Lakin axirətdə onun heç bir payı olmaz.
Sabirə Dünyamalıyeva:
Hər kim Axirət əkinini istəyərsə, Biz onun əkinində, onun üçün artdırarıq. Və hər kim dünya tarlasını istəyərsə ona da ondan verərik. Və onun üçün Axirətdə heç bir nəsib yoxdur.