Əlixan Musayev:
Ya da Mərhəmətli (Allahdan) başqa sizə kömək edə biləcək qoşununuzmu var? Kafirlər ancaq aldanmaqdadırlar!
Bünyadov-Məmmədəliyev:
Yaxud bu əsgərləriniz (köməkçiləriniz) kimdir ki, onlar sizi Rəhmanın əzabından qurtara bilsinlər?! (Bəndələri Allahın əzabından Onun Özündən başqa heç kəs xilas edə bilməz!) Kafirlər, sadəcə olaraq, aldanmaqdadırlar!
Elmir Quliyev
:
Кто может стать вашим войском и помочь вам без Милостивого? Воистину, неверующие обольщены!
Ələddin Sultanov:
Yaxud Rəhman olan Allaha qarşı sizə yardım edəcək əsgərləriniz kimlər olacaq? Kafirlər ancaq aldanırlar.
Kerbelayi Malik ağa:
Ya da Rəhmandan başqa sizə kömək edə biləcək olan bu əsgərlərmi? Kafirlər yalnız aldanmaqdadırlar.
Ələsgər Musayev:
Ə,
Rəhmandan başqa kimdir ki, sizin yardımçınız ola və sizə
qoşunla köməklik edə? Həqiqətən, kafirlər ancaq
məğrurluqdadırlar!
A.Mehdiyev və D.Cəfərli:
Sizin ordunuz (köməkçiləriniz) kimlərdir ki, Rəhman (olan Allah)a qarşı sizə köməklik etsin?! Kafirlər yalnız qəflətdə və aldanmaqdadırlar.
Kövsər Tağıyev:
Yaxud Rəhmandan başqa sizə yardım edəcək bu ordunuz (tərəfdarlarınız) kimlərdir? İnkarçılar sadəcə bir aldanma içindədirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud mərhəmətli Allahdan başqa sizə kömək edə biləcək qüvvə kimdir? Kafirlər ancaq aldanma içərisindədirlər!
Sabirə Dünyamalıyeva:
Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] altındakılardan sizə kömək edəcək olan əsgərləriniz kimlərdir? Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər], yalnız bir aldanış içindədirlər.