Mürsəlat Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?
Bünyadov-Məmmədəliyev:
Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!
Elmir Quliyev :
Разве Мы не сотворили вас из презренной жидкости
Ələddin Sultanov:
(Ey insanlar!) Biz sizi zəif bir sudan yaratmadıqmı?!
Kerbelayi Malik ağa:
Sizi Biz, dəyərsiz bir sudan yaratmadıqmı?
Ələsgər Musayev:
Ə, xəlq etmədikmi sizi bir damcı dəyərsiz sudan?
A.Mehdiyev və D.Cəfərli:
Məgər sizi (Adəm övladını) zəif dəyərsiz sudan (nütfədən) yaratmadıqmı?
Kövsər Tağıyev:
Biz sizi adi bir sudan (mənidən) yaratmadıqmı?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər Biz sizi əhəmiyyətsiz bir sudan [nütfədən] xəlq etməmişikmi?
Sabirə Dünyamalıyeva:
Biz sizi dəyərsiz bir sudan əmələ gətirmədikmi?