Əlixan Musayev:
(Həcc) mərasiminizi bitir-dikdə (vaxtilə) atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin! İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə (verəcəyini) elə bu dünyada ver!”– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur.
Bünyadov-Məmmədəliyev:
Həcc mərasimini tamamlayıb qurtardıqda (keçmişdə) ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!” – deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur!
Elmir Quliyev
:
Когда вы завершите свои обряды, то поминайте Аллаха так, как поминаете своих отцов, и даже более того. Среди людей есть такие, которые говорят: "Господь наш! Одари нас в этом мире!" Но нет им доли в Последней жизни.
Ələddin Sultanov:
Həcc ibadətlərinizi qurtardığınız zaman (keçmişdə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da güclü şəkildə Allahı yad edin! İnsanlardan eləsi var ki: “Ey Rəbbimiz, bizə bu dünyada ver!” – deyər. Beləsinin axirətdə heç bir nəsibi yoxdur.
Kerbelayi Malik ağa:
Beləcə (həccə aid) ibadətlərinizi (və qaydaları) tamamladığınız zaman artıq atalarınızı zikr etdiyiniz kimi, hətta daha qüvvətli bir zikrlə Allahı zikr edin. Lakin insanlardan kim: ‘Rəbbimiz bizə dünyada ver.’ deyərsə, axirətdə onun bir nəsibi yoxdur.
Ələsgər Musayev:
Onda ki yerinə
yetirdiniz əskikliyinizi, zikr edin Allahı, nə qədər zikr edirsiniz
atalarınızı və ya şiddətli zikrlə. Insanlardan kim deyir:
«Rəbbimiz! Əta et bizə dünyada!» Yoxdur onun üçün axirətdə
xəlqdən!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, Həcc əməllərinizi yerinə yetirdikdən sonra, öz atalarınızı xatırladığınız kimi və ya ondan da yaxşı və dolğun şəkildə Allahı yada salın (ərəblərin adəti belə idi ki, onlar Həcc əməllərini yerinə yetirdikdən sonra Minada öz atalarının iftixar etməli işlərindən danışmağa başlayırdılar). Beləliklə, insanların bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada (nemət) ver!» Onların axirətdə heç bir payı yoxdur.
Kövsər Tağıyev:
Həcc ibadətinizi tamamladığınız zaman artıq (cahiliyyə dövründə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da qüvvətli bir şəkildə Allahı zikr edin. İnsanlardan “Ey Rəbbimiz! Bizə (verəcəyini) bu dünyada ver” deyənlər var. Bunların axirətdə götürəcəyi bir pay yoxdur.
M.Qənioğlu və T.Bilaloğlu:
(Həcc) mərasiminizi bitirincə ata-babalarını yad etdiyiniz kimi və ya bundan da çox Allahı yad edin ! Adamlardan eləsi vardır ki, "Ey Rəbbimiz ! Bizə (nemətlərindən nə verəcəksənsə) elə bu dünyada ver !" deyir. Onun üçün axirətdə heç bir pay yoxdur.
Sabirə Dünyamalıyeva:
Sonra da Allaha qarşı vəzifənizi yerinə yetirdiyiniz zaman, eynilə ata-babalarınızı yada saldığınız kimi, hətta daha da güclü şəkildə Allahı yad edin. Və Allahı sayı bəlli olan günlərdə yada salın. İnsanlardan bəziləri: "Ey Rəbbimiz! Bizə dünyada bəxş et!" deyən kimsələrdir. Onun üçün axirətdə haqqına düşən heç bir pay yoxdur.