Ali-İmran Surəsi 200. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin Allahdan qorxun ki, bəlkə nicat tapasınız!
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbr edin, (Allahın düşmənlərinə qələbə çalmaq uğrundakı müharibə döyüşlərdə sizə üz verən müsibət çətinliklərə) dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!
Elmir Quliyev :
О те, которые уверовали! Будьте терпеливы, запасайтесь терпением, несите службу на заставах и бойтесь Аллаха, быть может, вы преуспеете.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Səbir edin, (düşmənə qarşı) möhkəm olun, sərhəd boyu növbə ilə keşik çəkin Allahdan qorxun ki, bəlkə nicat tapasınız!
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (Allaha təslim olmağı diləyənlər)! Səbir edin səbir sahibi olun! Rabitə quranlar olun (rabitə qurun)! Allaha qarşı təqva sahibi olun! Ümid edilir ki, beləcə siz fəlaha çatarsınız.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Səbr edin səbirli olun mətin olun qorxun Allahdan, ola ki, nicat tapasınız!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman g?tir?nl?r, s?brli olun v? basqalar?n? da s?br? sovq edin, dusm?n qars?s?nda muqavim?t gost?rin, s?rh?ddin kesiyind? durun v? Allahdan qorxun, b?lk? nicat tapd?n?z.
Kövsər Tağıyev:
Ey iman edənlər! Səbir edin. Səbir yarışında düşmənlərinizi ötüb keçin. (Cihad üçün) hazır ayıq-sayıq olun Allaha qarşı gəlməkdən çəkinin ki, qurtuluşa nail olasınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (döyüş mövqelərində) möhkəm durun Allahdan qorxun ki, bəlkə uğura qovuşasınız!
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Xilas olmaq, müvəffəqiyyət qazanmaq üçün səbr edin bir-birinizi səbrli olmağa sövq edin, bir-birinizə bağlanın Allahın mühafizəsi altına daxil olun.