Şüəra Surəsi 203. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlardeyəcəklər: “Bizə möhlət veriləcəkmi?”
Bünyadov-Məmmədəliyev:
O zaman onlar deyərlər: “Əcaba, (tövbə etmək, iman gətirmək üçün) bizə möhlət veriləcəkmi?”
Elmir Quliyev :
Тогда они скажут: "Предоставят ли нам отсрочку?"
Ələddin Sultanov:
Bu zaman onlar: “Görəsən, (iman gətirməyimiz üçün) bizə möhlət verilərmi?” - deyərlər.
Kerbelayi Malik ağa:
‘O zaman biz möhlət verilənlər olarıqmı?’ dedilər.
Ələsgər Musayev:
deyərlər: «Bizə möhlət veriləcəkmi?»
A.Mehdiyev və D.Cəfərli:
Sonra (təəssüf peşmançılıqla) deyərlər: «Görəsən bizə bir möhlət veriləcəkmi?»
Kövsər Tağıyev:
“Bizə möhlət verilməyəcəkmi?” demədikcə
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyəcəklər. "Bizə möhlət verilməyəcəkmi?"
Sabirə Dünyamalıyeva:
Sonra da onlar: “Biz möhlət verilənlərdənmiyik?” deyəcəkdirlər.