Bəqərə Surəsi 204. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsanların eləsi var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır.
Elmir Quliyev :
Среди людей есть такой, чьи речи восхищают тебя в мирской жизни. Он призывает Аллаха засвидетельствовать то, что у него в душе, хотя сам является непримиримым спорщиком.
Ələddin Sultanov:
İnsanlardan eləsi var ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da Allahı şahid göstərər. Halbuki o, düşmənlərin ən qatısıdır.
Kerbelayi Malik ağa:
İnsanlardan dünya həyatında sözü sənin xoşuna gələn kimsələr vardır. Qəlbində olana Allahı şahid tutar, (halbuki) o, düşmənlərin ən qəddarıdır.
Ələsgər Musayev:
Insanlardan kim kitəəccübləndirir səni onun danışığı dünya həyatında. Şahid tutur Allahı üzərində ki, qəlbindədir onun o, əlahiddə xosunlaşmaqdır.
A.Mehdiyev və D.Cəfərli:
İnsanların eləsi var ki, onun dünya həyatındakı danışığı səni heyran edir o, Allahı öz qəlbində olana şahid tutur, halbuki, o, düşmənlərin ən qəddarıdır.
Kövsər Tağıyev:
İnsanlardan eləsi var ki, dünya həyatına dair sözləri sənin xoşuna gələr. Bir Allahı qəlbindəkinə (özü ilə sözünün bir olduğuna) şahid tutar. Halbuki o, düşmənçilikdə ən amansız olandır.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanların arasında eləsi vardır ki, onun bu ən yaxın həyat (bu dünya) haqqındakı sözləri sənə xoş gəlir o, qəlbində olanlara Allahı şahid göstərir. Halbuki o qəddar düşməndir.
Sabirə Dünyamalıyeva:
Bəzi insanlar da var ki, onun bəsit dünya həyatı haqqındakı sözü sənin xoşuna gələr o, qəlbində olana Allahı şahid göstərər. o kəs, düşmənçiliyi ən yaman olan kəsdir.