Əlixan Musayev:
İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir.
Bünyadov-Məmmədəliyev:
İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!
Elmir Quliyev
:
Среди людей есть и такой, который продает свою душу, надеясь снискать довольство Аллаха, и Аллах сострадателен к рабам.
Ələddin Sultanov:
İnsanlardan eləsi də var ki, Allahın rizasını istəyərək öz canını verər. Allah bəndələrinə qarşı şəfqətlidir.
Kerbelayi Malik ağa:
İnsanlardan Allahın rizasını diləyərək (Allahın rizası qarşılığında) öz nəfsini satan kəslər vardır. Allah qullarına Raufdur (çox şəfqətlidir).
Ələsgər Musayev:
İnsanlardan kim ki, alver
edir nəfsi ilə çalışaraq rizasına Allahın və Allah Raufdur
bəndələri ilə!
A.Mehdiyev və D.Cəfərli:
İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin - səlləllahu əleyhi və alihi və səlləm - yatağında yatmış Əli əleyhissalam kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır.
Kövsər Tağıyev:
İnsanlardan eləsi də var ki, Allahın razılığını qazanmaq üçün özünü fəda edər. Allah qullarına qarşı çox şəfqətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlardan eləsi də vardır ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah bəndələrinə şəfqətlidir.
Sabirə Dünyamalıyeva:
İnsanlardan bəzisi də var ki, Allahın razılığını qazanmaq üçün özünü satar [Allah yolunda malını-mülkünü xərcləyər, canını fəda edər]. Və Allah, qullarına qarşı çox şəfqətlidir.