Əlixan Musayev:
Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!
Elmir Quliyev
:
О те, которые уверовали! Принимайте ислам целиком и не следуйте по стопам дьявола. Воистину, он для вас — явный враг.
Ələddin Sultanov:
Ey iman gətirənlər, bütövlüklə İslama daxil olun (İslamın bütün əmrlərini yerinə yetirin)! Şeytanın addımlarını izləməyin! Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Hamınız silmə daxil olun (Allaha təslim olun)! Şeytanın addımlarına tabe olmayın. Şübhəsiz ki o, sizə açıq-aşkar düşməndir.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Daxil olun
təslimdə birlikdə və tabe olmayın xətlərinə şeytanın Həqiqətən
o, sizin üçün ədavətlidir aşkar!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, hamılıqla (Allaha) təslim və itaətə daxil olun və şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o sizin aşkar düşməninizdir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Hamılıqla sülhə və əmin-amanlığa (İslama) daxil olun. Şeytanın izi ilə addımlamayın. Çünki o, sizə açıq-aşkar düşməndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər ! Hamılıqla barışa gəlin, şeytanın yolu ilə getməyin. O ki, sizə açıq-aşkar düşməndir.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Hamınız bir yerdə İslama-sülhə-təhlükəsizliyə-möhkəmliyə daxil olun və şeytanın izindən getməyin. Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.