Əlixan Musayev:
O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.
Elmir Quliyev
:
которые поддерживают то, что Аллах велел поддерживать, страшатся своего Господа и боятся ужасного расчета,
Ələddin Sultanov:
Onlar Allahın birləşdirilməsini əmr etdiyini birləşdirər (qohumluq əlaqələrinə və ictimai vəzifələrə riayət edər), Rəbbindən çəkinər və pis (çətin) haqq-hesabdan qorxarlar.
Kerbelayi Malik ağa:
Onlar Allahın Allaha təslim edilməsini əmr etdiyi şeyi Ona təslim edərlər. Rəblərinə qarşı huşu duyarlar və pis hesabdan qorxarlar.
Ələsgər Musayev:
O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyini birləşdirirlər və Rəblərindən çəkinirlər və xoflanırlar pis hesab verəcəklərindən.
A.Mehdiyev və D.Cəfərli:
Və o kəslər ki, Allahın, birləşilməsinə əmr etdiyi şeyə (Allaha, peyğəmbərlərə, qohumlara, əmr sahiblərinə və cəmiyyətə) birləşir, özlərinin Rəbbindən çəkinir və (Qiyamətdəki) hesabın çətinliyindən qorxurlar.
Kövsər Tağıyev:
Onlar Allahın riayət edilməsini əmr etdiyi haqlara riayət edən, Rəblərinə ehtiram göstərən və pis haqq-hesabdan qorxanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslər ki, onlar birləşdirilməsini Allahın buyurduğu şeyləri birləşdirir [lazımi ictimai münasibətlər yaradır], öz Rəbbindən qorxur və bəd haqq-hesabın olacağından çəkinirlər.
Sabirə Dünyamalıyeva:
Allahın, birləşdirilməsini istədiyi şeyi; iman ilə əməli birləşdirən, Rəbbi qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərən və hesabın pisliyindən qorxan kəslər,