Furqan Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular böyük üsyankarlıq etdilər.
Bünyadov-Məmmədəliyev:
Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər (qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarında qorxmayanlar): “Bizə (Muhəmmədin həqiqi peyğəmbər olduğunu təsdiq edən) mələklər endirilməli, yaxud biz (onun doğru danışıb-danışmadığını bilmək üçün) Rəbbimizi görməli idi!” dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar (Allahı bilavasitə görmək, onunla danışmaq istəməyə cürət etməklə) azğınlaşıb həddi çox aşdılar.
Elmir Quliyev :
Те, которые не надеются на встречу с Нами, говорят: "Почему к нам не ниспосланы ангелы? И почему мы не видим нашего Господа?" Они возгордились в душе и проявили великое неповиновение.
Ələddin Sultanov:
Bizimlə qarşılaşmağı (hüzurumuza gələcəklərini) ummayanlar: “Bizə ya mələklər endirilməli, ya da biz Rəbbimizi görməli deyildikmi?” - dedilər. Şübhəsiz ki, onlar özləri barəsində təkəbbürə qapıldılar azğınlıqda həddi aşdılar.
Kerbelayi Malik ağa:
Bizə mülaki olmağı (təslim olmağı) diləməyənlər: ‘Nə üçün bizə mələklər endirilmədi ya Rəbbimizi görmürük ?’ dedilər. And olsun ki, onlar özləri barəsində təkəbbürləndilər çox hədlərini aşdılar.
Ələsgər Musayev:
Dedi o kəslər ki, Bizimlə görüşəcəklərinə ümidləri yox idi: «Əgər endirilsəydi üzərimizə mələklər, ya görsəydik Rəbbimizi!» Onlar öz nəfslərində təkəbbürlük etdilər həddi aşdılar böyük həddi aşmaqla.
A.Mehdiyev və D.Cəfərli:
Bizim görüşümüzə ümidi olmayan (axirəti inkar edən) kəslər dedilər: «Nə üçün bizə mələklər göndərilmədi ya öz Rəbbimizi görmürük?» Doğrudan da onlar öz batinlərində təkəbbür göstərdilər böyük bir itaətsizlik etdilər.
Kövsər Tağıyev:
Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: “Gərək bizə bir mələk endiriləydi, yaxud Rəbbimizi görəydik”, dedilər. And olsun, onlar öz nəfslərində kibrə qapıldılar böyük bir azğınlığa düşdülər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizim hüzurumuza gələcəklərini güman etməyənlər dedilər: "(Məhəmmədin peyğəmbərliyini təsdiq etmək üçün) bizə mələklər nazil ediləydi, yaxud biz öz Rəbbimizi görəydik." Onlar özləri barədə yüksək fikirdə oldular böyük lovğalıq etdilər.
Sabirə Dünyamalıyeva:
Bizə qovuşmağı ümid etməyənlər də, "Bizim üzərimizə mələklər/təbii güclər nazil edilməliydi" ya "Rəbbimizi görməli deyildikmi?" dedilər. And olsun ki, onlar daxildə öz böyüklüklərinə inandılar böyük bir azğınlıq etmək surətiylə azğınlaşdıqca azğınlaşdılar.