Rum Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!
Elmir Quliyev :
Среди Его знамений то, что Он сотворил из вас самих жен для вас, чтобы вы находили в них успокоение, и установил между вами любовь и милосердие. Воистину, в этом знамения для людей размышляющих.
Ələddin Sultanov:
Ünsiyyət edəsiniz deyə sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr xəlq edib aranızda sevgi mərhəmət yaratması da Onun (varlığının) dəlillərindəndir. Şübhəsiz ki, bunda düşünənlər üçün ibrətlər vardır.
Kerbelayi Malik ağa:
Onun ayələrindən olaraq sizin üçün nəfslərinizdən zövcələr yaratmışdır ki, onunla rahatlıq tapasınız. Sizin aranızda sevgi mərhəmət yaratdı. Şübhəsiz ki, bunda təfəkkür edən (düşünən) bir qövm üçün mütləq ayələr (dəlillər) vardır.
Ələsgər Musayev:
Onun ayətindəndir ki, xəlq etdi sizin üçün öz nəfsinizdən zövc, ona görə ki, siz onunla sakin olasınız. Etdi aranızda məhəbbət rəhmət. Həqiqətən, bunda ayətlər var fikirləşən qoum üçün!
A.Mehdiyev və D.Cəfərli:
Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti hikmətinə dair) nişanələr vardır.
Kövsər Tağıyev:
Onlarla hüzur tapasınız deyə sizin üçün öz cinsinizdən zövcələr yaratması aranızda bir sevgi mərhəmət yaratması da Onun (varlığının qüdrətinin) dəlillərindəndir. Həqiqətən, bunda düşünən bir toplum üçün ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlarla ülfətə girib yaşamaq üçün sizə özünüzdən zövcələr yaratması, aranızda məhəbbət mərhəmət salması Onun dəlillərindəndir. Həqiqətən, düşünən adamlar üçün bunda ibrətlər vardır.
Sabirə Dünyamalıyeva:
Yenə Onun əlamətlərindən/işarətlərindəndir ki, aranızda istilik olsun deyə sizin üçün öz nəfsinizdən zövcələr əmələ gətirmiş, aranızda bir məhəbbət mərhəmət yaratmışdır. Şübhəsiz ki, bunda yaxşı-yaxşı düşünən bir qövm üçün qədər işarətlər/nişanələr var.