Loğman Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara: “Allahın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun?
Bünyadov-Məmmədəliyev:
Onlara (Məkkə əhlinə): “Allahın nazil etdiyinə (Qurana) tabe olun!” deyildikdə, onlar: “Xeyr, biz atalarımızın getdiyi yolla (ibadət etdiyi dinə) tabe olacağıq!” deyə cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə? (Yenədəmi həmin yolla gedəcəklər?)
Elmir Quliyev :
Когда им говорят: "Следуйте за тем, что ниспослал Аллах!" они говорят: нет! Мы будем следовать тому, чему следовали наши отцы". А если шайтан позовет их к мучениям в Пламени?
Ələddin Sultanov:
Onlara: “Allahın nazil etdiyinə tabe olun!” - deyildiyi zaman: “Xeyr, biz atalarımızın getdiyi yolu izləyirik!” - deyərlər. Bəs əgər şeytan onları (atalarını) cəhənnəm əzabına çağırırdısa (onda necə)?!
Kerbelayi Malik ağa:
Onlara ‘Allahın endirdiyi şeyə (Kitaba) tabe olun!’ deyildiyi zaman: ‘Xeyr, atalarımızın getdiyi yola tabe olarıq.’ dedilər. Bəs şeytan onları alovlu atəşin əzabına çağırsa necə?
Ələsgər Musayev:
Onda ki, deyirlər onlara: «Tabe olun Allahın nazil etdiyinə!» - deyirlər: «Bəli, tabeyik ki, tapmışıq atalarımızı onun üzərində!» Ə, əgər şeytan onları alovlu əzaba tərəf çağırmış olsa necə?
A.Mehdiyev və D.Cəfərli:
Onlara deyildikdə ki: «Allahın nazil etdiyinə (kitabına dini qayda-qanunlarına) tabe olun», deyərlər: «(Xeyr,) biz atalarımızdan gördüyümüzə (bütlərə ibadətə cahiliyyət adətlərinə) tabe oluruq!» Bəs Şeytan onları (Cəhənnəmin) yanar əzabına tərəf dəvət edirsə necə?! (Yenədəmi onlara tabe olarlar?)
Kövsər Tağıyev:
Onlara: “Allahın endirdiyinə tabe olun”, deyildikdə: “Xeyr, biz atalarımızdan görmüşüksə, ona tabe olarıq”, deyərlər. Bəs əgər şeytan onları cəhənnəm əzabına çağırırsa necə?
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara: "Allahın nazil etdiyinin ardınca gedinl" - deyəndə onlar: "Xeyr, biz ata-babalarımızı üzərində gördüyümüz yolla gedəcəyik." - deyərlər. Şeytan onları [ata-babalarını] cəhənnəm odu əzabına çağırırmışsa, necə?!
Sabirə Dünyamalıyeva:
onlara: "Allahın nazil etdiyinə tabe olun!" deyildiyi zaman: "Əksinə, biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!" dedilər. Bəlkə şeytan onları cəhənnəmin əzabına çağırır!