Əlixan Musayev:
Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar.
Bünyadov-Məmmədəliyev:
Biz ən böyük əzabdan (axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar!
Elmir Quliyev
:
Но помимо величайших мучений Мы непременно дадим им вкусить меньшие мучения, чтобы они могли вернуться на прямой путь.
Ələddin Sultanov:
Əlbəttə, onlara böyük əzabdan əvvəl dünya əzabını da daddıracağıq. Ola bilsin ki, onlar (haqq yola) qayıdarlar.
Kerbelayi Malik ağa:
Biz mütləq böyük əzabdan əvvəl, daha yaxın olan əzabdan onlara əlbəttə daddıracağıq. Ola bilsin ki, beləcə onlar (Allaha təslim olmağı diləyərək Allaha) dönərlər.
Ələsgər Musayev:
Və Biz daddırarıq onlara böyük əzabdan başqa yaxın
əzabı, ola ki, onlar müraciət edələr!
A.Mehdiyev və D.Cəfərli:
Biz ən böyük əzabdan (axirət əzabından) öncə onlara mütləq ən yaxın əzabı (dünya əzabını – qıtlıq, xəstəlik, məğlubiyyət və sairə) daddıracağıq, bəlkə (düz yola) qayıdalar!
Kövsər Tağıyev:
And olsun, Biz onlara (axirətdəki) ən böyük əzabdan əvvəl (dünyadakı) yaxın əzabı daddıracağıq ki, bəlkə (doğru yola) dönələr.
M.Qənioğlu və T.Bilaloğlu:
(Axirətdəki) ən böyük əzabdan əvvəl Biz onlara ən yaxın əzabı [dünya əzabını] da daddıracağıq ki, bəlkə onlar (imana) qayıdalar.
Sabirə Dünyamalıyeva:
və onlara: "Yalan saydığınız Atəşin əzabını dadın!" deyiləcək. Heç şübhəsiz, böyük cəzanın bir az yüngülündən, ən yaxın cəzadan da onlara daddıracağıq ki, bəlkə qayıdalar.