Əlixan Musayev:
Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!
Elmir Quliyev
:
В Посланнике Аллаха был прекрасный пример для вас, для тех, кто надеется на Аллаха и Последний день и премного поминает Аллаха.
Ələddin Sultanov:
Həqiqətən, Allah Rəsulunda Allaha və axirət gününə ümid bəsləyib Allahı çox zikr edən sizlər üçün gözəl bir örnək vardır.
Kerbelayi Malik ağa:
And olsun ki, sizin üçün, Allaha və axirət gününə ümid edən və Allaha təslim olmağı diləyən və Allahı çox zikr edənlər üçün, Allahın Rəsulunda gözəl bir örnək vardır.
Ələsgər Musayev:
Əlbəttə, oldu sizin üçün Allahın rəsulunda yaxşı nümunə -
o kəs üçün ki, ümidi olar Allaha və axır günə və Allahı çox yad
edər.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır.
Kövsər Tağıyev:
And olsun, Allahın rəsulunda sizin üçün; Allaha və axirət gününə qovuşmağa ümid bəsləyən, Allahı çox zikr edən kimsələr üçün gözəl bir örnək var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın peyğəmbərində sizin üçün - Allahın, axirət gününün arzusunda olan və Allahı tez-tez zikr edənlər üçün yaxşı nümunə vardır.
Sabirə Dünyamalıyeva:
And olsun ki, Allah Elçisi sizin; Allaha və son günə ümid bəsləyən və Allahı çox xatırlayan kəslər üçün gözəl bir nümunədir.