Zümər Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər Allahın göydən yağmur endirib onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra (Allah) onunla müxtəlif rəngli əkinlər yetişdirir. Sonra onlar quruyur sən onları saralmış görürsən. Sonra da (Allah) onları çör-çöpə döndərir. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrət vardır.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Məgər Allahın göydən yağış yağdırdığını, onu yer üzündəki bulaqlara axıtdığını, sonra onunla növbənöv əkin yetişdirdiyini görmürsənmi?! Sonra o (əkin) quruyar, sən onu saralmış görərsən. Sonra da (Allah) onu çör-çöpə döndərər. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır!
Elmir Quliyev :
Неужели ты не видел, что Аллах ниспослал с неба воду и провел ее к источникам по земле? Потом посредством нее Он выводит посевы различных цветов. Затем они вянут, и ты видишь их пожелтевшими. Затем Он превращает их в труху. Воистину, во всем этом напоминание для обладающих разумом.
Ələddin Sultanov:
Məgər Allahın göydən su endirdiyini, onu yer üzündəki su mənbələrinə axıtdığını, sonra onunla (torpaqdan) müxtəlif növ əkin çıxartdığını görmədinmi?! Sonra o əkin quruyar, sən onun saraldığını görərsən. Sonra da onu çör-çöpə döndərər. Şübhəsiz ki, bunda ağıl sahibləri üçün ibrət vardır.
Kerbelayi Malik ağa:
Allahın göydən su endirdiyini beləcə onu (suyu) yerin çeşmələrinə axıtdığını görmədinmi? Sonra onunla müxtəlif rənglərdə əkin çıxarar. Daha sonra quruyar. Artıq onu saralmış görərsən. Sonra onu quru bir çör-çöpə döndərər. Şübhəsiz ki, bunda Üluləlbab üçün mütləq zikr (ibrət) vardır.
Ələsgər Musayev:
Ə, görmürsənmi, Allah nazil edir səmadan su onu ərzdə olan bulaqlara axıdır? Sonra onunla müxtəlif əlvan əkinlər xaric edir. Sonra xəzan fəsli yetişir görürsən ki, saralıb solurlar. Sonra onlar quru ot ələf olurlar. Həqiqətən, bunda ağıl sahibləri üçün yad etmə var!
A.Mehdiyev və D.Cəfərli:
Məgər Allahın göydən (yağış, qar dolu şəklində) su endirməsini, onu yerdə (yerin aşağı qatlarındakı) çeşmələrə daxil etməsini, daha sonra onun vasitəsi ilə müxtəlif bitkiləri (göyərti, dənli bitki meyvələri) çıxardığını görmürsən? Sonra onların inkişafı sona çatır onlar quruyurlar. Beləliklə onu saralmış görürsən. Sonra onları çör-çöpə döndərir. Həqiqətən bunda (bu yaratmaq yox etməkdə) əsl ağıl sahibləri üçün (dünyanın yox olması ölümdən sonra axirət aləminin olması barəsində) ibrət oyanma vardır.
Kövsər Tağıyev:
Görmədinmi ki, Allah göydən su endirdi, onu yer üzündəki qaynaqlara axıtdı. Sonra onunla müxtəlif rəngli əkinlər çıxarır. Sonra əkinlər quruyur, onların saraldığını görürsən. Sonra da Allah onları qurumuş çör-çöp halına gətirər. Şübhəsiz, bunda ağıl sahibləri üçün bir öyüd var.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən Allahın göydən su endirdiyini, onu yerdəki çeşmələrə qatıb, sonra isə onunla rəngarəng bitkilər çıxartdığını görmürsənmi? Sonra bu bitkilər solur sən onu saralmış görürsən, sonra isə O, onu çör-çöpə çevirir. Həqiqətən, bunda əql sahibləri üçün bir ibrət vardır!
Sabirə Dünyamalıyeva:
Sən, şübhəsiz Allahın göydən bir su endirdiyini, onu [müəyyən bir üsulla] yer üzündəki bulaqlara axıtdığını, sonra onunla növbənöv rənglərdə əkin bitirdiyini, sonra onun yetişkinləşdirdiyini sənin onu saralmış halda gördüyünü, sonra da onu bir çöpə çevirdiyini görmədinmi/heç düşünmədinmi? Şübhəsiz ki, bunda anlayış qabiliyyəti olanlar; təmiz ağıl sahibləri üçün həqiqətən bir öyüd-nəsihət/öyüd-nəsihət/xatırlatna vardır.