Nisa Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz onlar da sizdən möhkəm əhd-peyman al-mışdılar?
Bünyadov-Məmmədəliyev:
Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz onlar (qadınlarınız) sizdən möhkəm əhd-peyman almışdılar.
Elmir Quliyev :
Как вы можете отобрать это, если между вами была близость и если они взяли с вас суровый завет?
Ələddin Sultanov:
Onu necə geri alarsınız?! Axı, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz onlar sizdən möhkəm bir təminat almışdılar. (Bir qadınla evləndikdən sonra onunla cinsi əlaqədə olan ər, ona vəd etdiyi mehrin hamısını verməlidir. Ancaq cinsi əlaqədə olmadan onu boşayarsa, vəd etdiyi mehrin yarısını qadına verməlidir.)
Kerbelayi Malik ağa:
Onu necə geri ala bilərsiniz ki, bir-birinizlə yaxınlıq etmişdiniz onlar sizdən möhkəm söz (əhd-peyman) almışdı.
Ələsgər Musayev:
Necə ala bilərsiniz onu ki, siz əlaqədə olubsunuz bir birinizlə onlar alıblar sizdən qəliz bir and?
A.Mehdiyev və D.Cəfərli:
Onu necə geri alırsınız halbuki siz (cismi ruhi cəhətdən əlaqədə olaraq) bir-birinizə yetişmisiniz onlar sizdən (nikah vasitəsi ilə) möhkəm bir əhd-peyman alıblar!
Kövsər Tağıyev:
Üstəlik siz zövcələrinizlə birləşdiyiniz onlar da sizdən möhkəm bir söz aldıqları halda onu necə (geri) alarsınız?
M.Qənioğlu və T.Bilaloğlu:
Onu necə geri ala bilərsiniz ki, siz birgə yaşamışdınız onlar [qadınlar] sizdən möhkəm əhd-peyman almışdılar?
Sabirə Dünyamalıyeva:
birinizlə qaynayıb-qarışıb yaxınlıq etdiyiniz halda onlar sizdən möhkəm bir əhd aldıqları halda, necə olur ki, verdiyinizi alırsınız?