Əlixan Musayev:
Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Allah onları günahlarına görə (əzabla) yaxaladı və onları Allahdan qoruyan olmadı.
Bünyadov-Məmmədəliyev:
Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli, yer üzündə daha çox iz qoyub getmiş kəslər idi. Allah onları günahlarından dolayı yox etdi. Onları Allahdan (Allahın əzabından) qoruyan bir kimsə tapılmadı.
Elmir Quliyev
:
Разве они не странствовали по земле и не видели, каким был конец их предшественников? А ведь они превосходили их силой и оставили больше следов на земле, но Аллах схватил их за их грехи, и никто не защитил их от Аллаха.
Ələddin Sultanov:
Məgər onlar yer üzündə gəzib-dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı? Halbuki onlar bunlardan daha qüvvətli və yer üzündə daha çox iz qoyub getmiş kimsələr idi. Ancaq günahlarına görə Allah onları (əzabla) yaxaladı. Onları Allahdan qoruyan da olmadı.
Kerbelayi Malik ağa:
Onlar yer üzündə dolaşmadılarmı ki, onlardan əvvəlkilərin aqibəti necə oldu, baxıb görsünlər. Yer üzündə onlar qüvvət və əsərlər baxımından özlərindən daha üstün idilər. Lakin Allah onları günahları səbəbiylə öldürdü. Onları Allahdan qoruyacaq heç kim olmadı.
Ələsgər Musayev:
Ə, onlar seyr edərək gəzib ərzdə
görmədilərmi, necə oldu aqibəti o kəslərin ki, onlardan qabaq
var idilər? Ərzdə onların əsəri və qüvvətləri onlardan şiddətli
olmuşdu. Və tutdu onları Allah günahlarına görə və onlar üçün
Allahdan müdafiə edən olmadı.
A.Mehdiyev və D.Cəfərli:
Məgər onlar yer üzündə gəzmədilərmi ki, özlərindən qabaqkıların işlərinin sonunun necə olmasını görsünlər? Onlar (qabaqkılar, insan) qüvvə(si və mal-dövlət) və yer üzündəki mövcudluq nişanələri (qala, şəhər və tikililəri) baxımından bunlardan daha çox və daha güclü idilər. Allah onları günahlarına görə cəzalandırdı və onları Allah(ın əzabın)dan bir qoruyan (da) olmadı.
Kövsər Tağıyev:
Onlar yer üzündə gəzib özlərindən əvvəlkilərin aqibətlərinin necə olduğuna baxmadılarmı? Onlar özlərindən daha güclü və yer üzündəki əsərləri daha üstün idi. Buna rəğmən Allah günahları səbəbi ilə onları yaxaladı. Onları Allahın əzabından qoruyan olmadı.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilər? Onlar ki bunlardan daha güclü və onların yer üzündəki izləri daha möhtəşəm idi. Allah onları günahları üzündən (Öz cəzası) ilə yaxaladı və onları Allahdan qoruyan heç bir kimsə olmadı.
Sabirə Dünyamalıyeva:
Onlar yer üzündə gezməyiblərmi ki, özlərindən əvvəlki kəslərin aqibətinin necə olduğunu görsünlər? Onlar yer üzündə qüvvət və əsər [iz] baxımından bunlardan daha üstün idilər. Yenə də Allah onları günahlarına görə məhv etdi. Və onları Allahdan qoruyan biri olmadı.