Fussilət Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. (Dəriləri) deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır siz (axırda) Ona qaytarılacaqsınız”.
Bünyadov-Məmmədəliyev:
Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şəhadət verirsiniz?” deyəcəklər. (Dəriləri də) belə cavab verəcəkdir: “Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılırsınız!”
Elmir Quliyev :
Они скажут своей коже: "Почему вы стали свидетельствовать против нас?" Они скажут: "Нас заставил говорить Аллах, Который заставил говорить всякую вещь". Он сотворил вас в первый раз, и к Нему вы будете возвращены.
Ələddin Sultanov:
Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik etdiniz?” - deyəcəklər. Dəriləri də: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. İlk dəfə sizi O yaratdı Ona qaytarılırsınız”, - deyə cavab verəcəklər.
Kerbelayi Malik ağa:
Öz dərilərinə: ‘Nə üçün bizim əleyhimizə şahidlik etdiniz?’ dedilər. (Onlar da) dedilər ki: ‘Bizi hər şeyi danışdıran Allah danışdırdı. Sizi ilk dəfə O, yaratdı Ona döndürüləcəksiniz.’
Ələsgər Musayev:
Dedilər öz cildlərinə: «Nə üçün şəhadət verirsiniz əleyhimizə bizim?» Dedilər: «Nitq verdi bizə Allah Odur ki, nitq verir külli şeyə O xəlq etdi sizi əvvəl dəfədə Ona tərəf müraciət edəcəksiniz».
A.Mehdiyev və D.Cəfərli:
Onlar öz (bədənlərinin günahda birbaşa iştirak etmiş) dərilərinə deyərlər: «Nə üçün bizim əleyhimizə şəhadət verdiniz?» (Dəriləri) deyərlər: «Bizi hər şeyi (bütün danışanları) dilə gətirən Allah danışdırdı. Sizin hamınızı ilk dəfə O yaradıb indi (də) Ona tərəf qaytarılırsınız.»
Kövsər Tağıyev:
Onlar dərilərinə: “Nə üçün əleyhimizə şahidlik etdiniz?” deyərlər. Dəriləri isə deyər ki: “Bizi hər şeyi danışdıran Allah danışdırdı. İlk dəfə sizi O yaratmışdı yenə yalnız Ona qaytarılırsınız”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar öz dərilərinə deyərlər: "Nə üçün siz əleyhimizə şahidlik edirsiniz?" Onlar da: Hər şeyi danışdıran Allah bizə dil verdi. odur sizi ilk dəfə xəlq edən siz yenə Ona qaytarılırsınız." - deyərlər.
Sabirə Dünyamalıyeva:
onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şahidlik edirsiniz?" deyəcəklər. Onlar deyəcək ki: "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı sizi ilk dəfə O yaratmışdır Ona qaytarılmaqdasınız.