Əlixan Musayev:
Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edən bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir.
Bünyadov-Məmmədəliyev:
Yoxsa (müşriklərin) Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır. Əgər (cəzanın qiyamətə saxlanılması barədə) qəti söz (vəd) olmasaydı, aralarında hökm artıq icra edilmiş olardı (hamısı elə dünyada ikən əzaba düçar edilərdi). Şübhəsiz ki, zalımları şiddətli bir əzab gözləyir!
Elmir Quliyev
:
Или же у них есть сотоварищи, которые узаконили для них в религии то, чего не дозволил Аллах? Если бы не решающее Слово, то их спор был бы уже решен. Воистину, беззаконникам уготованы мучительные страдания.
Ələddin Sultanov:
Yoxsa onların, Allahın izin vermədiyi şeyləri onlar üçün dini hökmlər olaraq təyin edən şəriklərimi var?! Əgər (əzabın təxirə salınmasına dair) qəti hökm olmasaydı, şübhəsiz ki, onların arasında qərar verilərdi. Həqiqətən, zalımlar üçün acı bir əzab vardır.
Kerbelayi Malik ağa:
Yoxsa Allahın dində icazə vermədiyi şeyləri onlara şəriət qılan ortaqlarımı var? Fasil (ayırma) sözü keçməmiş olsaydı, mütləq onların arasında (dərhal) hökm verilərdi. Şübhəsiz ki, zalımlar üçün ağrılı-acılı əzab vardır.
Ələsgər Musayev:
Yoxsa onların şərikləri var, şəriət etdilər onlar üçün dindən nə
ki, izn verməyibdi ona Allah? Əgər hökm haqqında kəlmə
olmasaydı, həll olardı onlar arasında. Həqiqətən, zalimlər üçün
ələmli əzab var!
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa (Allahdan qeyrisinin şəriət hökmü çıxarmaq haqqı olmadığı halda) onların dinin hökmlərindən Allahın icazə vermədiyi şeyi onlar üçün qanun etmiş şərikləri var? Əgər o qəti söz (hər bir şəxs və qövmə möhlət vermək barəsində Allahın Lövhi-Məhfuzda yazılmış əzəli hökmü) olmasaydı onların arasında mütləq (məhv edilmələri haqqında) qəti hökm çıxarılardı. Həqiqətən zalımlar üçün ağrılı bir əzab vardır.
Kövsər Tağıyev:
Yoxsa Allahın izin vermədiyi bir dini onlara din olaraq buyuran şərikləri var? Əgər (cəzaların gecikdirilməsi haqqında) qəti hökmü olmasaydı, dərhal aralarında hökm verilərdi. Şübhəsiz, zalımlar üçün ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa onların [kafirlərin] dində Allahın izn vermədiyi şeyləri onlar üçün qanun edən şərikləri vardır? (Allahın qiyamət haqqında) qəti sözü olmasaydı, onda onlar arasında mütləq hökm verilmiş olardı. Həqiqətən də haqsızlar üçün üzücü əzab vardır.
Sabirə Dünyamalıyeva:
Yoxsa onların Allahın dində izin vermədiyi şeyi onlar üçün qanuni qılmış ortaqlarımı vardır? Əgər “Fasl Sözü267” olmasaydı, aralarında qətiliklə işləri bitirilmişdi. Və şübhəsiz, şərik qoşaraq səhv/ öz zərərlərinə iş edənlər, özləri üçün acı bir əzab olanlardır.