Əlixan Musayev:
Bəlkə onlara bundan əvvəl kitab vermişik və onlar da ona istinad edirlər?
Bünyadov-Məmmədəliyev:
Yoxsa onlara bundan (bu Qurandan) əvvəl bir kitab vermişik və onlar (Allahdan başqasına ibadət etməyin mümkünlüyü barəsində) ona istinad edirlər?!
Elmir Quliyev
:
Разве Мы даровали им до этого Писание, которого они придерживаются?
Ələddin Sultanov:
Yoxsa bundan əvvəl onlara bir kitab vermişik və onlar ona istinad edirlər?!
Kerbelayi Malik ağa:
Bəlkə ondan əvvəl onlara kitab verdik beləcə onlar, onamı (o kitabamı) sarıldılar?
Ələsgər Musayev:
Yoxsa əta etdik
onlara kitabı ondan qabaq və onlar ona istinad edirlər?
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa onlara bundan (Qur’andan) əvvəl bir kitab vermişik ki, (onlar bu iddialarında) ona istinad edirlər?!
Kövsər Tağıyev:
Yoxsa bundan əvvəl onlara bir kitab verdik, ona sarılırlar?
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa Biz bundan [Qurandan] əvvəl onlara (Allahdan başqasına ibadəti təlqin edən) bir kitabmı vermişdik ki, onlar da ona istinad edələr?!
Sabirə Dünyamalıyeva:
Yoksa Biz onlara bundan əvvəl bir kitab vermişik və indi onlar, ona istinad edirlər?