Əlixan Musayev:
Ad (tayfasının) qardaşını xatırla! Bir zaman o özündən əvvəl də, sonra da qorxudan (peyğəmbərlər) gəlib-getmiş qumsal təpələrdə (yaşayan) tayfasını: “Allahdan başqasına ibadət etməyin. Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram!” (deyə) xəbərdar etmişdi.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Ad qövmünün qardaşını (Hudu) da xatırla! Bir zaman o özündən əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş Əhqafda (yüksək qumsal təpələrdə) olan qövmünə belə demişdi: “Allahdan başqasına ibadət etməyin. Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”
Elmir Quliyev
:
Помяни брата адитов. Вот он предостерег свой народ среди барханов, хотя перед ним и позади него уже были предостережения: "Не поклоняйтесь никому, кроме Аллаха! Воистину, я боюсь, что вас постигнут мучения в Великий день".
Ələddin Sultanov:
Ad qövmünün qardaşını (Hudu) da yada sal! Bir zaman o, özündən əvvəl də, sonra da peyğəmbərlərin gəlib-getdiyi Əhqafda olan qövmünü belə xəbərdar etmişdi: “Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizin böyük günün əzabına düçar olmağınızdan qorxuram”. (Bu ayədə keçən “Əhqaf” kəlməsi “yüksək qum təpələri” mənasına gəlir. Hud əleyhissəlamın göndərildiyi Ad qövmü Yəməndə dəniz kənarındakı qum təpələri arasında məskunlaşdığı üçün həmin əraziyə “Əhqaf” deyilmişdir.)
Kerbelayi Malik ağa:
Ad qövmünün qardaşını xatırla! Əhqafdakı qövmünü xəbərdar etmişdi. Ondan əvvəl və sonra ‘Allahdan başqasına qul olmayın!’ deyə xəbərdar edən bir çox nəzirlər gəlib getmişdir. Həqiqətən mən böyük günün əzabının sizə üz verəcəyindən qorxuram.
Ələsgər Musayev:
Yad et qardaşını Adın. Onda nəzərinə çatdırırdı öz
Qumsal təpələr qoumunun. Əlbəttə, keçdi nəzərə çatdıranlar
arasında önünün və arxasından: «Ibadət edin ancaq Allaha!
Mən xoflanıram sizin üçün əzəmətli günün əzabından!»
A.Mehdiyev və D.Cəfərli:
Və Ad qövmünün qəbilə qardaşını (Hudu və onun hekayətini) yada sal. O zaman(ı) ki, o, (Yəməndəki) qumluqda öz qövmünü qorxutdu. Əlbəttə (həmin bölgədə) ondan əvvəl də, sonra da qorxudanlar (olub) keçmişdilər. (O dedi:) «Allahdan başqa heç kəsə ibadət etməyin. Çünki mən sizin üçün böyük günün əzabından qorxuram.»
Kövsər Tağıyev:
Ondan əvvəl və sonra xəbərdar edənlərin gəlib-keçdiyi Ad qövmünün qardaşını (Hudu) xatırla. Bir vaxtlar Əhqafdakı qövmünü: “Sadəcə Allaha ibadət edin, çünki mən sizin adınıza böyük bir günün əzabından qorxuram”, – deyə xəbərdar etmişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Adın qardaşını [Hudu] xatırla. O zaman o, Əhqafda (yaşayan) öz tayfasına xəbərdarlıq etmişdir: "Ancaq Allaha ibadət edin, mən sizin üçün böyük bir günün əzabından qorxuram." - deyə Huddan əvvəl də, sonra da belə xəbərdarlıq edən peyğəmbərlər gəlib keçmişlər.
Sabirə Dünyamalıyeva:
Ad [qövmünün] qardaşı Hudu da xatırla! O zaman o, Əhqafda öz qövmünə xəbərdarlıq etmişdi. -Onun əvvəlində və arxasında [hər tərəfində], "Allahdan başqasına ibadət etməyin. Şübhəsiz ki, mən sizin üçün böyük bir günün əzabından qorxuram" deyə xəbərdarlıq edənlər gəlib-keçmişdi.-