Fəth Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Hələ ələ keçirə bilmədiyiniz başqa qənimətlər (vardır). Artıq Allah onları əhatə etmişdir. Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
Hələ əldə edə bilmədiyiniz başqa qənimətlər (Allahın sizə Məkkənin fəthini, yaxud Hüneyn vuruşu, İranın fəthi sonrakı neçə-neçə döyüşlər zamanı əldə ediləcək qənimətlər vəd buyurmuşdur). Allah onları (öz elmi ilə) ehtiva etmişdir. Allah hər şeyə qadirdir!
Elmir Quliyev :
Будут и другие трофеи и города, которыми вы еще не овладели. Аллах уже окружил их, ведь Аллах способен на всё.
Ələddin Sultanov:
Hələ əldə etmədiyiniz başqa qənimətlər vardır ki, Allah onları elmi ilə əhatə etmişdir. Allah hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Hələ əldə edə bilmədiyiniz Allahın əhatə etmiş olduğu digər (qənimətlər) var. Allah hər şeyə qadirdir.
Ələsgər Musayev:
axıra. Qadir olmazdınız üzərində onun. Əlbəttə, Allah əhatə etdi onun ilə oldu Allah üzərində külli şeyin Qadir!
A.Mehdiyev və D.Cəfərli:
(Allah sizə hələ) əldə etmədiyiniz digər qənimətləri (vəd edib). Şübhəsiz, Allah (vücud, qüdrət elm baxımından) onları əhatə etmişdir. Allah həmişə hər şeyə qadirdir.
Kövsər Tağıyev:
Hələ əldə edə bilmədiyiniz, lakin Allahın elmi ilə əhatə etdiyi başqa (qazanclar) da var. Allah hər şeyə haqqı ilə gücü yetəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizin (indi əldə etməyə) gücünüz çatmadığı başqa qənimətlər vardır ki, onları tam olaraq (ancaq) Allah bilir. Axı Allah hər şeyə qadirdir!
Sabirə Dünyamalıyeva:
Allah sizi doğru yola yönəltsin deyə vəd etmişdir. Allah, bax bunu sizə dərhal vermiş insanların əllərini siz[in üstünüz]dən çəkmişdir. Allah, hər şeyə ən yaxşı qadir olandır.