Əlixan Musayev:
Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz”.
Bünyadov-Məmmədəliyev:
Ey camaatım! Allahın sizin üçün əzəldən (vətən) müəyyən etdiyi müqəddəs torpağa (Beytülmüqəddəs və ya Şama) daxil olun, geri dönməyin (düşməndən qorxub qaçmayın və ya dininizdən dönməyin), yoxsa zərər çəkmiş halda geri dönərsiniz.
Elmir Quliyev
:
О мой народ! Ступите на священную землю, которую Аллах предписал вам, и не обращайтесь вспять, а не то вернетесь потерпевшими убыток".
Ələddin Sultanov:
Ey qövmüm! Allahın sizin üçün (vətən olaraq) yazdığı o müqəddəs torpağa daxil olun! Geri dönməyin, yoxsa zərər çəkmiş bir halda geri qayıtmış olarsınız.
Kerbelayi Malik ağa:
‘Ey qövmüm! Allahın sizin üçün fərz etdiyi müqəddəs yerə daxil olun və (düşməndən qaçıb) arxanıza dönməyin. O zaman hüsrana uğrayanların halına dönərsiniz.’
Ələsgər Musayev:
Ay qoumum! Daxi olun ərzə -
müqəddəsə, hansı ki, kitabıdır Allahın sizin üçün və tərəddüd
etməyin üzərində qayıtmağınızın və dabanı üstə çevrilən
xəsarətlilərin.
A.Mehdiyev və D.Cəfərli:
«Ey mənim qövmüm, Allahın sizin üçün yazdığı və qərara aldığı bu müqəddəs torpağa (Beytül-Müqəddəsə) daxil olun, geriyə dönməyin və arxaya çəkilməyin ki, (əks təqdirdə) ziyana uğrayarsınız.»
Kövsər Tağıyev:
“Ey qövmüm! Allahın sizə yazdığı müqəddəs torpağa girin. Geri dönməyin. Yoxsa ziyana uğrayanlardan olarsınız”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey camaatım! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və üz döndərib geri qaçmayın ki, ziyana düşənlərə çevrilməyəsiniz.”
Sabirə Dünyamalıyeva:
Ey qövmüm! Allahın sizin üçün yazdığı pak torpağa daxil olun, geri dönməyin, yoxsa ziyana uğrayanlardan olaraq dönəcəksiniz" dedi.