Mücadilə Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah (əzəldən) belə yazmışdır: “Mən elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.
Bünyadov-Məmmədəliyev:
Allah (lövhi-məhfuzda): “And olsun ki, Mən peyğəmbərlərim qalib gələcəyik!” deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
Elmir Quliyev :
Аллах предписал: "Победу непременно одержим Я и Мои посланники!" Воистину, Аллах Всесильный, Могущественный.
Ələddin Sultanov:
Allah (lövhi-məhfuzda): “Mən peyğəmbərlərim mütləq qalib gələcəyik!” - deyə yazmışdır. Allah güclüdür, qüdrətlidir.
Kerbelayi Malik ağa:
Allah: ‘Mən elçilərim mütləq qalib gələcək.’ deyə yazdı. Şübhəsiz ki, Allah Qəviyydir (qüvvətlidir), Əzizdir.
Ələsgər Musayev:
Yazdı Allah: «Qalib gələrəm Mən rəsullarım!» Həqiqətən, Allah Qəvidir, Əzizdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah (Öz əzəli elmi ilə Lövhi-Məhfuzda) yazmış qərara almışdır ki: «Mən peyğəmbərlərim qalib gələcəyik». Şübhəsiz, Allah qüvvətli, qüdrətli məğlubedilməzdir.
Kövsər Tağıyev:
Allah: “Şübhəsiz, mən peyğəmbərlərim qalib gələcəyik”, deyə yazmışdır. Şübhə yoxdur ki, Allah çox qüvvətlidir, mütləq güc sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah yazmışdır: "Mən peyğəmbərlərim mütləq qələbə çalacağıq!" Şübhəsiz Allah qüvvət, qüdrət sahibidir.
Sabirə Dünyamalıyeva:
Allah: "Əlbəttə, Mən elçilərim qalib gələcəyik" deyə yazmışdır. Şübhəsiz ki, Allah hər şeyə gücü çatandır, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır.