Ənam Surəsi 21. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allaha qarşı yalan uyduran ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!
Bünyadov-Məmmədəliyev:
Allaha iftira yaxan Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!
Elmir Quliyev :
Кто может быть несправедливее того, кто возвел на Аллаха навет или счел ложью Его знамения? Воистину, не преуспеют беззаконники.
Ələddin Sultanov:
Yalan sözlərlə Allaha iftira atan, yaxud Onun ayələrini təkzib edən kəsdən daha zalım kim olar?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar.
Kerbelayi Malik ağa:
Allaha qarşı yalanla iftira atan ya Onun ayələrini yalanlayan kəslərdən daha zalım kim vardır? Şübhəsiz ki, O, zalımları fəlaha çatdırmaz (qurtuluşa çata bilməzlər).
Ələsgər Musayev:
Kimdir zalim o kəsdən ki, iftira edə Allahın üzərinə yalanı, yaxud yalan saya ayətilə Onu? Həqiqətən, O nicat verməyəcək zalimlərə!
A.Mehdiyev və D.Cəfərli:
Kim Allaha qarşı yalan uydurmuş ya Onun ayələrini təkzib etmiş kəsdən daha zalımdır?! Şübhəsiz, zalımlar nicat tapmayacaqlar.
Kövsər Tağıyev:
Kim Allaha qarşı yalan uydurandan ya da Onun ayələrini yalan sayanlardan daha zalımdır? Şübhəsiz ki, zalımlar qurtula bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha qarşı yalan uydurandan ya Onun ayələrini yalan hesab edəndən daha zalımı kimdir? Həqiqətən, zalımlar uğur qazanmazlar.
Sabirə Dünyamalıyeva:
Allaha qarşı yalan uyduran ya ayələrini yalan hesab edən kimsədən daha səhv; öz zərərinə əməl edən kim ola bilər? Heç şübhə yox ki, şirk qoşaraq səhv; öz zərərlərinə əməl edən bu kəslər nicat tapmazlar.