Əlixan Musayev:
Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular.
Bünyadov-Məmmədəliyev:
Nuh dedi: “Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə (öz kafir başçılarına) tabe oldular.
Elmir Quliyev
:
Нух (Ной) сказал: "Господи! Они ослушались меня и последовали за тем, чье богатство и чьи дети приносят им только убыток.
Ələddin Sultanov:
Nuh dedi: “Ey Rəbbim! Bunlar mənə qarşı çıxaraq mal-mülkü və övladı özünə ziyandan başqa bir şey artırmayan kimsəyə tabe oldular.
Kerbelayi Malik ağa:
(Nuh ə.s): ‘Rəbbim, onlar mənə asi oldular (üsyan etdilər). Var-dövləti və övladı özünə ziyandan başqa bir şey artırmayan kimsələrə tabe oldular.’ dedi.
Ələsgər Musayev:
Dedi Nuh: «Rəbbim! Həqiqətən,
onlar asi oldular mənə və tabe oldular o kəsə ki, malı və övladı
artırdı ona ancaq xəsarət.
A.Mehdiyev və D.Cəfərli:
Nuh dedi: «Ey Rəbbim, onlar mənə asi oldular və mal-dövləti,övladları onlara (axirət) ziyanından başqa bir şey artırmayan kəsə (öz rəislərinə və əyan-əşrafa) tabe oldular».
Kövsər Tağıyev:
Nuh dedi ki: “Rəbbim! Həqiqətən, onlar mənə qarşı gəldilər, malı və övladı sadəcə öz ziyanını artıran kimsələrə tabe oldular”.
M.Qənioğlu və T.Bilaloğlu:
Nuh dedi: "Rəbbim, onlar mənə asi oldular, mal-dövlət və övladı ona zərərdən başqa bir şey artırmayan kəsin ardınca getdilər.
Sabirə Dünyamalıyeva:
Nuh: "Ey Rəbbim! Şübhəsiz ki, qövmüm mənə üsyan etdi. Malı və övladı özünə zərərdən başqa bir şey verməyən kimsəyə tabe oldular.