Əlixan Musayev:
Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.
Bünyadov-Məmmədəliyev:
(Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir.
Elmir Quliyev
:
На них будут зеленые одеяния из атласа и парчи. Они будут украшены серебряными браслетами, а их Господь напоит их чистым напитком.
Ələddin Sultanov:
Onların üstündə taftadan və atlazdan yaşıl paltarlar olacaqdır. Onlara gümüş bilərziklər taxılacaq və Rəbbi onlara tərtəmiz bir içki içirdəcəkdir.
Kerbelayi Malik ağa:
Onların üstlərində yaşıl incə ipəkdən və atlasdan paltarlar vardır. Gümüşdən bilərziklərlə bəzənmişlər. Rəbləri onlara təmiz (ləzzətli) şərablar ikram etdi.
Ələsgər Musayev:
Üzərlərində onların libaslar yaşıl və nazik
ipəkdəndir və gümüş bilərziklərlə bəzənərlər. Onlara Rəbbi pak
içki içirdər.
A.Mehdiyev və D.Cəfərli:
Onların əyinlərində yaşıl rəngli, nazik və qalın ipəkdən libaslar olacaq, gümüş bilərziklərlə zinətləndiriləcəklər və Rəbbi onlara pak olan və (bütün kin-küdurətdən təmizləyən) pak edici bir şərab içirəcəkdir.
Kövsər Tağıyev:
Əyinlərində incə və qalın ipəkdən yaşıl libaslar var. Gümüş bilərziklərlə bəzənəcəklər. Rəbləri onlara tərtəmiz bir içki içirəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların əynində incə ipəkdən və atlasdan yaşıl paltarlar olacaqdır. Onlar gümüş qolbaqlarla bəzədiləcəklər. Onların Rəbbi onlara tərtəmiz içkilər verər.
Sabirə Dünyamalıyeva:
gümüş bilərziklərlə bəzənmiş olacaqlar;