Əlixan Musayev:
(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!
Elmir Quliyev
:
Наставляй же, ведь ты — наставник,
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Sən öyüd-nəsihət ver! Sən yalnız öyüd-nəsihət verənsən.
Kerbelayi Malik ağa:
Artıq xatırlat, sən sadəcə xatırladıcısan.
Ələsgər Musayev:
Zikr et, həqiqətən, sən zikr etdirənsən!
A.Mehdiyev və D.Cəfərli:
Belə isə, öyüd – nəsihət ver ki, sən (Peyğəmbər olaraq) ancaq öyüd – nəsihət verənsən.
Kövsər Tağıyev:
Artıq sən öyüd ver. Sən sadəcə bir öyüd verənsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən öyüd-nəsihət ver, axı sən ancaq öyüd-nəsihət verənsən.
Sabirə Dünyamalıyeva:
Haydı, öyüd-nəsihət ver/xatırlat, şübhəsiz, sən, yalnız öyüd verən/xatırladan birisən.