Əlixan Musayev:
Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurdular. Halbuki müttəqilər qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər.
Bünyadov-Məmmədəliyev:
Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar (bununla da) iman gətirənlərə istehza edərlər. Halbuki, müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verər.
Elmir Quliyev
:
Мирская жизнь кажется неверующим прекрасной. Они глумятся над теми, кто уверовал. Но в День воскресения богобоязненные окажутся выше них. Аллах дарует удел без расчета, кому пожелает.
Ələddin Sultanov:
Dünya həyatı inkarçılar üçün bəzədilmişdir. Onlar isə iman gətirənlərə istehza edərlər. Ancaq müttəqilər qiyamət günündə onlardan üstün olacaqlar. Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verər.
Kerbelayi Malik ağa:
İnkar edənlərə dünya həyatı bər-bəzəkli göstərildi və onlar amənu olanların bir qismi ilə istehza edirlər (kasıb olanları aşağı görürlər). (Halbuki) təqva sahibi olanlar qiyamət günü onlardan üstündür. Allah dilədiyi kimsəyə hesabsız ruzi verir.
Ələsgər Musayev:
Zinətləndi o kəslər üçün ki kafirdirlər, dünya həyatı və
məsxərə edirlər o kəsləri ki inanırlar. O kəslər ki təqvalıdırlar,
fövqüdür onların qiyamət günü. Və Allah ruziləndirir kim
istəyir qeyri hesabla!
A.Mehdiyev və D.Cəfərli:
Dünya həyatı kafirlərin gözündə (şeytanın və pis işlərə əmr edən nəfsin vasitəsi ilə) zinətlənmişdir və onlar (yoxsul) möminlərə məsxərə edirlər, halbuki, təqvalılar Qiyamət günü onlardan üstündürlər. Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verir.
Kövsər Tağıyev:
İnkar edənlərə dünya həyatı təmtəraqlı göstərildi. Onlar iman edənlərə istehza ilə baxırlar. Allaha qarşı gəlməkdən çəkinənlər isə qiyamət günü bunlardan üstündürlər. Allah istədiyinə saysız-hesabsız ruzi verər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu dünya həyatı kafirlər üçün bərbəzəkli edilmişdir. Onlar iman gətirənləri məsxərəyə qoyurlar. Halbuki müttəqilər qiyamət günü onlardan üstün vəziyyətdə olarlar. Allah istədiyi kəsə saysız-hesabsız rusi verir.
Sabirə Dünyamalıyeva:
Bəsit dünya həyatı, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün bəzəkli göstərildi. Onlar, iman gətirənlərə istehza edərlər. Halbuki Allahın mühafizəsi altına daxil olan kəslər, qiyamət günü onlardan üstündür. Allah, dilədiyi kimsəyə saysız-hesabsız ruzi verir.