Əlixan Musayev:
İnsanlar tək bir ümmət idi. Allah (onlara) müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəl-dikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduq-ları (məsələlərdə) haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər.
Bünyadov-Məmmədəliyev:
İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin (və həsəd) üzündən (dində) ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir. Onların ixtilafda olduqları həqiqətə Onun izni (idarəsi) ilə iman gətirənləri isə Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirər.
Elmir Quliyev
:
Люди были одной общиной, и Аллах отправил пророков добрыми вестниками и предостерегающими увещевателями, ниспослал вместе с ними Писание с истиной, чтобы рассудить людей в том, в чем они разошлись во мнениях. Но разошлись во мнениях относительно этого только те, кому было даровано Писание, после того, как к ним явились ясные знамения, по причине зависти и несправедливого отношения друг к другу. Аллах по Своей воле направил тех, которые уверовали, к истине, относительно которой они разошлись во мнениях. Аллах наставляет на прямой путь, кого пожелает.
Ələddin Sultanov:
İnsanlar tək bir ümmət idi. Allah müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi. Onlarla birlikdə haqq olaraq kitabı da nazil etdi ki, ixtilafa düşdükləri məsələlərdə insanlar arasında hökm versin. Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra aralarındakı kin ucbatından ixtilafa düşənlər kitab verilənlərdən başqası deyildi. Allah Öz izni ilə iman gətirənləri, onların (əhli-kitabın) ixtilafda olduqları həqiqətə yönəltdi. Allah dilədiyi kimsəni doğru yola yönəldər.
Kerbelayi Malik ağa:
İnsanlar bir tək ümmət idi. Sonra Allah müjdələyici və xəbərdaredici peyğəmbərlər bəas etdi (göndərdi). Onlarla birlikdə insanlar arasında ixtilafa düşdükləri şey haqqında hökm vermək üçün haqq ilə kitab nazil etdi. Özlərinə (açıq-aşkar) bəyyinələr gəldikdən sonra aralarındakı kin (və həsəd üzündən) onun haqqında ixtilafa düşənlər özlərinə kitab verilənlərdən başqası deyildir. Bu səbəblə amənu olan (Allaha təslim olmağı diləyən) o kəslərin haqq barəsində ixtilafa düşdükləri şeyi (hidayəti) açıqlamaları üçün Allah Öz izniylə onları hidayətə ərdirdi. Allah dilədiyi kimsəni Sirati Müstəqimə hidayət edər.
Ələsgər Musayev:
Oldu insanlar vahid ümmət və
qaldırdı Allah nəbiləri bəşarətçi və nəzərə çatdıran və nazil
etdi onlarla kitabı haqq ilə, hökm etmək üçün arasında
insanların nədə ki, ixtilaf etdilər onda Və ixtilaf etmədilər
onda ancaq o kəslər ki, əta olunub o sonradan nə ki gəldi
onlara bəyanatlar paxıllıqdan öz aralarında Və hidayət etdi
Allah o kəsləri ki inanırlar, nə üçün ixtilaf etmişdilər onda
haqdan izni ilə Onun. Və Allah hidayət edir kim istəyir tərəfinə
yolun düzünün.
A.Mehdiyev və D.Cəfərli:
(Şəriət sahibi olan peyğəmbərlərin göndərilmələrindən qabaq) bütün insanlar tək bir dəstə idilər (səmavi şəriətsiz öz ağıllarının tələbi əsasında yaşayırdılar. Amma yavaş-yavaş özlərinin dünya işlərində ixtilafa düçar oldular). Beləliklə Allah peyğəmbərləri (səmavi din və şəriətlə) müjdə verən və qorxudan olaraq göndərdi və onlarla birlikdə insanların arasında onların bir-birləri ilə ixtilafa düçar olduqları şey barəsində hökm çıxarmaq üçün haqq olaraq (və uca, ali və əqlani bir hədəf üçün səmavi) kitab nazil etdi. (Sonra kitabın özü barəsində ixtilaf yarandı, bir dəstə kitabın özünü və ya onda olan təlimlərin bəzilərini qəbul etmədi.) Onda ixtilafı yalnız kitab verilmiş kəslər, özü də onlara (bu barədə) aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq və təkəbbür ucbatından yaratdılar. Beləliklə, Allah iman gətirənləri Öz köməyi ilə barəsində ixtilafa düşdükləri haqqa doğru istiqamətləndirdi. Allah istədiyi şəxsi doğru yola hidayət edir.
Kövsər Tağıyev:
İnsanlar tək bir ümmət idi. Allah müjdə verən və xəbərdar edən peyğəmbərlər göndərdi və onlarla birlikdə, ixtilafa düşdükləri şeylər barəsində insanlar arasında hökm vermək üçün kitabları haqq olaraq endirdi. Onlara açıq-aşkar ayələr gəldikdən sonra o mövzuda ancaq kitab verilmişlər, aralarındakı qısqanclıq ucbatından ixtilafa düşdülər. Belə olduqda Allah iman edənləri, izni ilə, onların haqqında ixtilafa düşdükləri həqiqətə yönəltdi. Allah istədiyini doğru yola yönəldər.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlar vahid ümmət idilər. Allah onlara müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi, onlarla birlikdə haqqı bildirən Kitab da nazil etdi ki, insanlar arasındakı ixtilafları onunla mühakimə etsin. Onun (Kitabın) barəsində ancaq: özlərinə aydın dəlillər gəldikdən sonra aralarında həddi aşanlar ixtilafa düşdülər. Allah iman gətirənləri Öz izni ilə ixtilafda olduqları haqq yoluna yönəltdi. Allah istədiyi kəsi doğru yola yönəldir.
Sabirə Dünyamalıyeva:
İnsanlar başçısı olan vahid bir cəmiyyət idi, Allah onlara müjdə vermələri və xəbərdarlıq etmələri üçün peyğəmbərlər göndərdi və ixtilaf etdikləri məsələlərdə insanlar arasında hökm versinlər deyə onlarla birlikdə haqq olan kitab nazil etdi. Və məhz özlərinə Kitab verilənlər, bu qədər dəlillər gəldikdən sonra, aralarındakı azğınlıq üzündən ixtilafa düşdülər. Belə olduqda, Allah, Öz elmi ilə, iman edənləri, barəsində ixtilafa düşdükləri haqqa yönləndirdi. Və Allah, dilədiyi kimsəni/diləyən kimsəni doğru yola yönəldir.