Əlixan Musayev:
Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin (insanları) Allah yolundan sapdırmaq, Onu inkar etmək, (müsəlmanları) Məscidulharama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır”. (Kafirlər )bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: “O ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu (insanların üzünə) qapamaq, onu inkar etmək, Məscidülhərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır. (Din naminə) fitnə salmaq isə (həmin ayda) vuruşmaqdan daha betərdir”! (Ey möminlər!) Onlar (Məkkə müşrikləri) əgər bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!
Elmir Quliyev
:
Они спрашивают тебя о сражении в запретный месяц. Скажи: "Сражаться в этот месяц — великое преступление. Однако сбивать других с пути Аллаха, не веровать в Него, не пускать в Заповедную мечеть и выгонять оттуда ее жителей — еще большее преступление перед Аллахом. Искушение хуже, чем убийство. Они не перестанут сражаться с вами, пока не отвратят вас от вашей религии, если только смогут. А если кто из вас отступит от своей религии и умрет неверующим, то его деяния окажутся тщетными как в этом мире, так и в Последней жизни. Они являются обитателями Огня и останутся там вечно".
Ələddin Sultanov:
Səndən haram ayda döyüşmək haqqında soruşurlar. De ki: “O ayda döyüşmək böyük günahdır. Ancaq Allahın yolundan döndərmək, Onu inkar etmək, Məscidi-harama girməyə mane olmaq və əhalisini oradan çıxarmaq Allah dərgahında daha böyük günahdır. Fitnə isə öldürməkdən daha böyük günahdır. Onlar bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmağa davam edəcəklər. Sizdən kim öz dinindən dönüb kafir olaraq ölərsə, onların əməlləri dünya və axirətdə puça çıxar və onlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
Kerbelayi Malik ağa:
Səndən haram (hörmətli) aydan və onun içərisində edilən döyüş barəsində soruşurlar. De ki: ‘O ayda döyüşmək böyük günahdır. (Lakin insanları) Allah yolundan sapdırmaq və Onu inkar etmək, (möminlərə) Məscidi Haramı (qadağan etmək) və onun xalqını oradan (Məkkədən) çıxartmaq isə Allah dərgahında daha böyük günahdır. Fitnə (adam) öldürməkdən də daha böyükdür (suç və günahdır). Əgər onların gücləri çatsa, sizi dininizdən döndərənə qədər sizinlə döyüşməkdən əl çəkməzlər. Sizdən kim dinindən dönsə, o təqdirdə o, kafir olaraq ölər. Bu səbəblə onlar əməlləri dünyada və axirətdə puç olanlardır. Onlar atəş əhlidir. Onlar orada əbədi olaraq qalacaq olanlardır.’
Ələsgər Musayev:
Sual edirlər sənə
haram şəhrdən– qətli onda. De: «Qətl onda böyükdür. Və Allah
yolundan sədd və küfr onunla və məscidil-haramla və ixracı
əhlini onun - ondan böyükdür yanında Allahın. Və fitnə
böyükdür qətldən». Və son qoymasalar qətl etməyə sizi, ta rədd
etsinlər sizi dininizdən, əgər bacarsalar Və kim rədd olarsa
sizlərdən dinindən və ölərsə və o, kafirdir. Həmin onlardır ki,
batıb əməlləri dünya və axirətdə! Həmin onlardır əshabı odun.
Onlar orada həmişəlikdirlər!
A.Mehdiyev və D.Cəfərli:
(İslam döyüşçülərindən bir neçəsi səhvən haram ayda vuruşduqları üçün) səndən haram ayda (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarında) döyüşmək barəsində soruşurlar, de: «Onda hər növ döyüş böyükdür (böyük günahdır), lakin Allah yolunun (insanların İslamı qəbul etmələrinin) qarşısının alınmasının bütün növləri, Ona kafir olmaq, (camaata) Məscidül-Həram(a girməyə mane olmaq) və onun əhalisini oradan çıxarmaq (kafirlərin etdikləri bu işlərin günahı) Allah yanında (haram ayda vuruşmaqdan) daha böyükdür. Və fitnə (Allaha şərik qoşmaq və müsəlmanları incitmək) öldürməkdən daha böyükdür! (Müşriklər) daim sizinlə vuruşacaqlar ki, əgər bacarsalar sizi dininizdən döndərsinlər. Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin (yaxşı) əməlləri dünyada və axirətdə puça çıxacaqdır (bu dünyada camaatın onların qoyub getdikləri yaxşı nişanələrə görə onları xoşluqla xatırlamaları, barələrində dua etmələri və onlar üçün rəhmət diləmələri əks nəticələnəcəkdir). Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
Kövsər Tağıyev:
Səndən haram ayda savaşmaq haqqında soruşurlar. De ki: “O ayda savaşmaq böyük bir günahdır. Allahın yoluna yönələnlərə mane olmaq, Onu inkar etmək, Məscidi-Haramın ziyarət edilməsinə mane olmaq və əhalisini oradan çıxarmaq Allah qatında daha böyük günahdır. Zülm və təzyiq isə adam öldürməkdən daha böyükdür. Onlar gücləri çatsa, sizi dininizdən döndərənə qədər sizinlə savaşmağa davam edərlər. Sizdən kim dinindən dönər və kafir olaraq ölərsə, elələrinin etdikləri bütün əməllər dünyada da, axirətdə də boşa çıxmışdır. Bunlar cəhənnəmliklərdir, orada daimi qalacaqlar”.
M.Qənioğlu və T.Bilaloğlu:
Səndən haram ayında vuruşmaq haqqında soruşurlar. De: "Bu (ayda) vuruşmaq böyük bir günahdır. (İnsanları) Allahın yolundan sapdırmaq, Allahı inkar etmək və Məscidül-Haramdan (Kəbədən) yayındırmaq, oranın camaatını oradan çıxartmaq isə Allah qarşısında daha böyük günahdır. Fitnə-fəsad isə adam öldürməkdən də böyük günahdır." Əgər onların gücü çatsaydı, sizi dininizdən döndərməyincə sizinlə döyüşdən əl çəkməzdilər. Sizlərdən kimsə dinindən dönərsə və kafir olaraq ölərsə, axirətdə də bada gedəcəkdir. Onlar orada əbədi qalasıdırlar.
Sabirə Dünyamalıyeva:
Səndən, toxunulmaz ay barədə və o toxunulmaz ayda vuruşmaq barədə soruşurlar. De ki: "O ayda vuruşmaq böyük günahdır. Və Allahın yolunda olmağa maneə törətmək, Onu və Məscidülhəramı/ilahiyat elmlərinin təhsili mərkəzini bilə-bilə inkar etmək/görməzlikdən gəlmək və Məscidülhəram əhalisini; orada təhsil-təlimlə məşğul olanları və qısamüddətli təhsildə iştirak edənləri oradan çıxarmaq, Allah yanında daha böyük [günahdır]. Və insanları dindən çıxarmaq; şərik qoşmağa [Allahın məbud və rəbb olduğunu örtməyə sövq etmək] öldürməkdən daha böyük [günahdır]." Onlar, əgər bacarsalar, sizi dininizdən döndərmək üçün sizinlə Vuruşmaqdan heç bir zaman əl çəkməzlər. Sizdən də hər kim dinindən dönüb kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] biri kimi can versə, artıq onun bütün əməlləri dünyada və axirətdə puça çıxar. Və onlar, atəş əhlidir. Onlar orada əbədi qalanlardır.