Əlixan Musayev:
Sizin tanrınız Tək olan İlahdır. Axirətə inanmayanların qəlbi (haqqı) inkar edir. Özləri də təkəbbürlüdürlər.
Bünyadov-Məmmədəliyev:
Sizin tanrınız bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə (Allahın qüdrət və əzəmətini, vəhdaniyyətini) inkar edər. Onlar (haqqa boyun qoymağı, Allaha iman gətirməyi) özlərinə sığışdırmazlar.
Elmir Quliyev
:
Ваш Бог — Бог Единственный. Но сердца тех, которые не верует в Последнюю жизнь, отвергают истину, а сами они — высокомерные гордецы.
Ələddin Sultanov:
Sizin ilahınız bir olan ilahdır. Axirətə inanmayanlara gəldikdə, onların qəlbləri inkarçıdır, özləri də təkəbbürlüdürlər.
Kerbelayi Malik ağa:
Sizin ilahınız tək olan ilahdır. Amma axirətə inanmayan kəslərin qəlbləri inkar edir və onlar təkəbbürlənən kəslərdir.
Ələsgər Musayev:
Sizin Ilahiniz Vahid Ilahidir. O kəslər
ki, axirət ilə inanmırlar, onların qəlbləri inkar edir və onlar
təkəbbürlüdürlər.
A.Mehdiyev və D.Cəfərli:
Sizin məbudunuz tək olan məbuddur, amma axirətə iman gətirməyənlərin qəlbləri haqqı inkar edir və onlar təkəbbürlü və lovğadırlar.
Kövsər Tağıyev:
Sizin ilahınız tək bir ilahdır. Axirətə inanmayanların qəlbləri bunu inkar edir, özləri isə təkəbbür göstərirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizin tanrınız isə vahid tanrıdır. Axirətə inanmayanlar təkəbbürlü olduqlarından ürəkləri (haqqı) inkar edir.
Sabirə Dünyamalıyeva:
Sizin məbudunuz tək olan məbuddur. Artıq, axirətə inanmayan kəslər; onların qəlbləri inkar etməyə çalışmaqdadır və onlar, özlərinin böyük olduğuna inanan kəslərdir.