Ənbiya Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər göydə yerdə Allahdan başqa tanrılar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır (müşriklərin) (Ona) aid etdikləri sifətlərdən uzaqdır!
Bünyadov-Məmmədəliyev:
Əgər (yerdə göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!
Elmir Quliyev :
Если бы на них (на небесах и земле) были иные божества наряду с Аллахом, то они (небеса и земля) разрушились бы. Аллах, Господь Трона, пречист и далек от того, что они приписывают Ему!
Ələddin Sultanov:
Əgər göylərdə yerdə Allahdan başqa tanrılar olsaydı, onlar mütləq fəsada uğrayardı. Ərşin sahibi olan Allah onların isnad etdikləri sifətlərdən uzaqdır, pakdır.
Kerbelayi Malik ağa:
Əgər ikisində (səmada yerdə) Allahdan başqa ilahlar olsaydı, ikisi (yer də, göy də) mütləq fəsada uğrayardı. Ərşin Rəbbi Allah onların isnad etdikləri sifətlərdən uzaqdır.
Ələsgər Musayev:
Əgər Allahdan başqa oralarda ilahilər olsaydı, hər ikisi fəsad olardı. Sübhandır Allah ərşin Rəbbi, nədən ki, vəsf edirlər!
A.Mehdiyev və D.Cəfərli:
Əgər göylərdə yerdə Allahdan başqa digər tanrılar olsaydı, şübhəsiz, (göylərin yerin) hər ikisi (yaranmaq qalmaq baxımından) xarab (zay) olardı. (Tədbirli, qüdrətli müstəqil iradəyə malik bir neçə yaradanın olması yaradılışdan öncə ümumiyyətlə xilqətə mane olardı, belə tanrıların yaradılışdan sonra olması isə məxluqatın qalmasını pozardı.) Buna görə ərşin sahibi olan (varlıq aləminə mütləq hakim olan) Allah (müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır.
Kövsər Tağıyev:
Əgər yerdə göydə Allahdan başqa ilahlar olsaydı, mütləq ikisi fəsada uğrayardı. Ərşin Rəbbi olan Allah onların isnad etdikləri vəsflərdən uzaqdır, ucadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər orada [göylərdə yerdə] Allahdan başqa tanrılar mövcud olsaydı, onda onlar [göylər yer] korlanıb gedərdi. Ərş sahibi Allah onların verdikləri sifətlərdən yüksəkdə durub təriflərə layiqdir.
Sabirə Dünyamalıyeva:
Əgər yerdə göydə Allahdan başqa məbudlar olsaydı, bunların ikisi də; yer, göy həqiqətən qarışıqlıq içində olardı/nizamları pozulardı. O halda ən böyük taxtın[#300] Rəbbi olan Allah, onların yaraşdırdığı sifətlərdən pakdır.