Əlixan Musayev:
Çox keçmədən (hüdhüd) gəlib dedi: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm.
Bünyadov-Məmmədəliyev:
Bir azdan (Hüdhüd) gəlib dedi: “Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm.
Elmir Quliyev
:
Он оставался там недолго и сказал: "Я узнал о том, чего ты не знаешь. Я прибыл к тебе из Сабы (Савы) с достоверным известием.
Ələddin Sultanov:
Çox keçmədən (hüdhüd gəlib) dedi: “Sənin bilmədiyin bir şey öyrəndim. Səbədən sənə dəqiq bir xəbər gətirmişəm. (“Səbə” Yəməndəki bir qəbilənin adı idi.)
Kerbelayi Malik ağa:
Çox keçmədən gəldi. ‘Sənin xəbərdar olmadığın bir şeydən xəbərdar oldum. Səbadan sənə yəqin (dəqiq, doğru) bir xəbər gətirdim.’ dedi.
Ələsgər Musayev:
Bir azdan o gəldi və dedi: «Mən öyrəndim onu ki, sən bilmirsən və gəldim sənə Səbadan yəqin xəbərlərlə.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə çox keçmədi ki, Hüd-hüd (qayıtdı və) dedi: «Mən elə bir şeydən xəbərdar olmuşam ki, sən xəbərdar deyilsən. Sənin üçün «Səba» şəhərindən (Yəmənin paytaxtından) mühüm və doğru bir xəbər gətirmişəm».
Kövsər Tağıyev:
Çox keçmədən Hüdhüd özünü yetirdi və (Süleymana) belə dedi: “Sənin bilmədiyin bir şey öyrəndim və sənə Səbadan dəqiq bir xəbər gətirdim”.
M.Qənioğlu və T.Bilaloğlu:
O [şanapipik] isə çox keçmədən gəlib dedi: “Mən sənə məlum olmayan bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm.
Sabirə Dünyamalıyeva:
O əsnada çox gözləmədən Hüdhüd gəldi və "Mən sənin bilmədiyin bir şey öyrəndim. Səbadan sənə çox düzgün və vacib bir xəbər gətirdim.