Əlixan Musayev:
Siz nə yerdə, nə də göydə (Ondan gizlənib) yaxa qurtara bilməyəcəksiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaq”.
Bünyadov-Məmmədəliyev:
Siz nə yerdə, nə də göydə (Allahı) aciz buraxa bilməzsiniz! (Yerdə də olsanız, göyə də çıxsanız Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz!) Allahdan başqa sizin nə bir haminiz, nə də bir mədədkarınız var!”
Elmir Quliyev
:
Вы не сможете сбежать ни на земле, ни на небе, и не будет у вас покровителей и помощников помимо Аллаха".
Ələddin Sultanov:
Nə yerdə, nə də göydə siz (Allahı) aciz qoya bilməzsiniz! Allahdan başqa sizin nə bir dostunuz, nə də bir yardımçınız vardır”.
Kerbelayi Malik ağa:
Siz (Allahı) yerdə və göydə aciz buraxacaq deyilsiniz. Sizin Allahdan başqa vəliniz (dostunuz) və köməkçiniz yoxdur.
Ələsgər Musayev:
Siz aciz edə bilməzsiniz ərzdə və səmada və yoxdur sizin üçün Allahdan başqa Vəli və Nəsir!»
A.Mehdiyev və D.Cəfərli:
Siz əsla (Qiyamət günü) nə yerdə və nə də göydə Allahı aciz edəcək və Onun qüdrətindən qaçacaq deyilsiniz və sizin (orada) Allahdan başqa heç bir dost, hami və yardımçınız olmayacaqdır.
Kövsər Tağıyev:
Siz nə yerdə, nə də göydə (Allahı) aciz qoya bilməzsiniz. Sizin Allahdan başqa nə bir dostunuz, nə də bir yardımçınız var.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz (Allahı) nə yerdə, nə də göydə zəif sala bilməzsiniz. Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir yardımçınız vardır."
Sabirə Dünyamalıyeva:
Və siz yer üzündə və göydə aciz qoyası deyilsiniz. Və sizin üçün Allahın altındakılardan bir himayəçi, yol göstərən yaxın və köməkçi yoxdur."