Əlixan Musayev:
Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq.
Bünyadov-Məmmədəliyev:
Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz, şübhəsiz ki, onlardan intiqam alacağıq!
Elmir Quliyev
:
Кто может быть несправедливее того, кому напомнили об аятах его Господа, после чего он отвернулся от них? Воистину, Мы отомстим грешникам.
Ələddin Sultanov:
Rəbbinin ayələri xatırladıldıqdan sonra onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər?! Biz, əlbəttə, günahkarlardan intiqam alarıq.
Kerbelayi Malik ağa:
Rəbbinin ayələri zikr edildikdən (xatırladıldıqdan) sonra ondan üz çevirən kimsədən daha zalım kim vardır? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacaq olanlarıq.
Ələsgər Musayev:
Kimdir zalim o
kəsdən ki, yad oluna ayəti ilə Rəbbi onun, sonra o, üz döndərə
ondan? Həqiqətən, Biz cərimə olunmuşlardan intiqam alanıq!
A.Mehdiyev və D.Cəfərli:
Öz Rəbbinin ayələri ilə öyüd – nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz mütləq günahkarlardan intiqam alanıq.
Kövsər Tağıyev:
Rəbbinin ayələri xatırladıldıqdan sonra onlardan üz döndərən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alanıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərəndən daha haqsızı kim ola bilər? Biz günahkarlardan mütləq intiqam alacağıq.
Sabirə Dünyamalıyeva:
Və Rəbbinin ayələri ilə özünə öyüd-nəsihət verilən, sonra da onlardan üz döndərən kəsdən daha səhv; öz zərərinə olan əməli işləyən kim var? Şübhəsiz ki, Biz, günahkarları tutub cəzalandıraraq ədaləti təmin edərik.