Əlixan Musayev:
De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın”. Onlar nə göylərdə və nə də yerdə zərrə qədərcə olan bir şeyə də sahib deyillər. Onların (göylərin və yerin yaradılışında) heç bir şərikliyi yoxdur və onlardan Allaha yardımçı olanı da yoxdur.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! Müşriklərə) de: “Allahdan başqa tanrı zənn etdiklərinizi (köməyə) çağırın”. Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda (göylərdə və yerdə) bir şərikliyi var, nə də (Allahın) onlardan bir köməkçisi var!
Elmir Quliyev
:
Скажи: "Призовите тех, кого вы считали богами наряду с Аллахом". Они не владеют даже мельчайшей частицей на небесах и на земле и не являются совладельцами чего-либо на них, и нет у Него среди них помощников.
Ələddin Sultanov:
(Müşriklərə) de: “Allahdan başqa ilah olduğunu iddia etdiklərinizi çağırın!” Onlar nə göylərdə, nə də yerdə zərrə qədər bir şeyə sahibdirlər. Onların buralarda (göylərdə və yerdə) heç bir şərikliyi yoxdur. Onlardan heç biri Allahın köməkçisi də deyildir.
Kerbelayi Malik ağa:
Allahdan başqa dəyər verdiklərinizi (ilah saydıqlarınızı) çağırın! Göylərdə və yerdə zərrə qədər bir şeyə (gücə) malik deyillər. Onların o ikisində (göylərdə və yerdə) bir şərikliyi yoxdur. Onlardan Allaha bir yardımçı olanı da yoxdur.
Ələsgər Musayev:
De:
«Çağırın o kəsləri ki, Allahın əvəzinə güman edirdiniz!» Onlar
malik deyillər misqalın zərrəsinə səmalarda və ərzdə və yoxdur
onlar üçün onlarda şəriklik və yoxdur Onun üçün onlardan
arxa!
A.Mehdiyev və D.Cəfərli:
De: «Allahın yerinə (məbud) zənn etdiklərinizi çağırın, (görəcəksiniz ki, sizə cavab vermək qüdrətləri yoxdur, çünki onlar) göylərdə və yerdə zərrə qədər də bir şeyə malik deyillər və onların o ikisində (göylərin və yerin yaradılışı, hifzi və idarə olunmasında) heç bir şərikliyi yoxdur və Allah üçün əsla onlardan bir köməkçi yoxdur».
Kövsər Tağıyev:
(Ey Muhamməd!) De ki: “Allahdan başqa ilah olduğunu iddia etdiklərinizi çağırın. Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Onların yerdə və göydə heç bir ortaqlıqları yoxdur. Allahın onlardan bir yardımçısı da yoxdur”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Allahı qoyub (tanrı olduğunu) iddia etdiklərinizi çağırın!" Onlar göylərdə və yerdə zərrə qədər də bir şeyə sahib deyildirlər. Onlann orada heç bir şərikliyi yoxdur və onlardan Onun heç bir köməkçisi yoxdur.
Sabirə Dünyamalıyeva:
De ki: "Allahın altındakılardan səhv inandığınız kəslərə yalvarın. Onlar göylərdə və yer üzündə zərrə ağırlığına malik olmazlar. Onlar üçün bu ikisində [göylərdə və yer üzündə] hər hansı bir şəriklik yoxdur. Onun üçün [Allah üçün] onlardan bir köməkçi də yoxdur."