Əlixan Musayev:
Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar həqiqətən azğınlıq içindədirlər.
Bünyadov-Məmmədəliyev:
Məgər Allahın köksünü (qəlbini) islam üçün açmaqla Rəbbindən nur üzərində olan kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi)?! [Və ya: Məgər Allahın köksünü (qəlbini) islam üçün açdığı kəs Rəbbindən bir nur üzərində deyilmi?!] Elə isə vay qəlbləri Allahın zikrinə (Qurana) qarşı sərt olanların halına! Onlar (haqq-yoldan) açıq-aydın azmışlar.
Elmir Quliyev
:
Разве тот, чью грудь Аллах раскрыл для ислама, кто на свету от своего Господа, равен неверующему? Горе тем, чьи сердца черствы к поминанию Аллаха! Они пребывают в очевидном заблуждении.
Ələddin Sultanov:
Allah kimin qəlbini İslama açmışsa, o, Rəbbindən bir nur üzrə deyilmi?! Allahı zikr etməyə qarşı qəlbləri sərtləşmiş olanların vay halına! Onlar açıq-aydın bir azğınlıq içindədirlər.
Kerbelayi Malik ağa:
Allah kimin köksünü İslam üçün (Allaha təslim üçün) açmışsa artıq o, Rəbbindən bir nur üzərə olar, elə deyilmi? Allahı zikr etmədikləri üçün qəlbləri sərtləşənlərin vay halına! Onlar açıq-aşkar dəlalət içindədirlər.
Ələsgər Musayev:
Ə, o kəs ki, Allah onun ürəyini islam üçün genişləndirib
və o, üzərindədir nurun öz Rəbbindən...? Vay olsun bərk
qəlblilərə yad edilməsindən Allahın! Həmin onlardır ki, aşkar
zəlalətdədirlər.
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də məgər Allahın sinəsini İslam(ı qəbul etmək) üçün açdığı, beləliklə də (həyatı boyu) Rəbbi tərəfindən bir nura (etiqad və əməl yollarını işıqlandıran dinə) əsaslanan kəs (qəlbi zülmətdə olan kəs kimidir)? Odur ki, qəlbləri Allahı unutmaq nəticəsində bərkimiş kəslərin vay halına! Onlar aşkar azğınlıq içərisindədirlər.
Kövsər Tağıyev:
Allahın, qəlbini İslama açtığı, beləliklə, Rəbbindən bir nur üzrə olan kimsə qəlbi imana qapalı kimsə kimi olarmı? Allahın zikrinə qarşı qəlbləri qatı olanların vay halına! Onlar açıq bir zəlalət içindədirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər qəlbini islam üçün Allahın geniş açdığı və ona görə də öz Rəbbindən nur alan kəs (qəlbi daş kimi kəs kimidirmi?) Allahı zikr etməkdə ürəkləri daş olanların vay halına, bunlar yolu aşkar azmışlar!
Sabirə Dünyamalıyeva:
Yaxşı, Allah kimin sinəsini islama açarsa, o zaman o, Rəbbindən [tərəfindən] bir nur üzərində olmazmı? Elə isə, Allahı zikr etməyə qarşı qəlbi sərt olanların vay halına! Bax onlar, açıq-aşkar bir azğınlıq içindədirlər.