Əlixan Musayev:
Olub-keçənlər istisna ol-maqla (bundan sonra) atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Həqiqətən, bu, iyrənc və qəzəb doğuran bir əməl və murdar bir yoldur.
Bünyadov-Məmmədəliyev:
Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur!
Elmir Quliyev
:
Не женитесь на женщинах, на которых были женаты ваши отцы, если только это не произошло прежде. Воистину, это является мерзким и ненавистным поступком и скверным путем.
Ələddin Sultanov:
Keçmişdə olanlar istisna olmaqla, artıq atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Həqiqətən, bu çox çirkin və iyrənc işdir, pis bir yoldur.
Kerbelayi Malik ağa:
Atalarınızın evləndiyi qadınlarla evlənməyin. Keçmişdə olanlar istisna olmaqla. Şübhəsiz ki, o, çirkin və iyrənc bir şeydir. Pis bir yoldur.
Ələsgər Musayev:
Nigah etməyin o
qadınlarla ki, nigah etmişdi atalarınız, ancaq nə ki, bu olmuşdur
əvvəldə. Həqiqətən, bu, olar fahişəlik və dönüklük və pis yol.
A.Mehdiyev və D.Cəfərli:
Atalarınızın evlənmiş olduğu qadınlarla - (cahiliyyət dövründə olub) keçən istisna olmaqla - evlənməyin. Həqiqətən də bu iş çox çirkin, (Allahın) qəzəb(in)ə səbəb olan və pis bir yoldur.
Kövsər Tağıyev:
Keçmişdə olanlar xaric, artıq atalarınızın evləndiyi qadınlarla evlənməyin. Çünki bu, bir həyasızlıq, qəzəb və nifrət yaradan bir işdir. Bu, nə pis bir yoldur.
M.Qənioğlu və T.Bilaloğlu:
Bundan əvvəl olub-keçənlər istisna olmaqla atalarınızın evlənmiş olduqları qadınlarla evlənməyin. Bu, qəbahətdir, ikraha layiqdir və çirkin bir yoldur.
Sabirə Dünyamalıyeva:
Və qadınlardan atalarınızın [özlərinin] kəbininə aldıqlarını kəbininizə almayın. Ancaq keçən keçmişdir. Şübhəsiz ki, bu, çirkin bir həyasızlıqdır və qəzəb duyulan iyrənc bir işdir. O necə də pis bir yoldur!