Məhəmməd Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər (haqdan)üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz qohumluq əlaqələrini kəsəsiniz.
Bünyadov-Məmmədəliyev:
Əgər (Muhəmməd əleyhissəlamdan) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək (Cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?!
Elmir Quliyev :
Может быть, если вы станете руководить (или отвернетесь от веры; или откажетесь повиноваться), то распространите нечестие на земле и разорвете родственные связи.
Ələddin Sultanov:
Əgər (haqq yoldan) üz döndərsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəcək qohumluq əlaqələrini kəsəcəksiniz.
Kerbelayi Malik ağa:
Yer üzündə fəsad çıxarmağa dönməyiniz qohumluq əlaqələrini kəsməyinizimi, yoxsa sizdən gözlənilən bumu idi?
Ələsgər Musayev:
Ola bilsin ki, əgər siz üz döndərəsiniz ki, fəsad edənlər olacaqsınız ərzdə qət edəcəksiniz rəhimlikqohumluq əlaqələrini?
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, sizdən (siz münafiqlərdən imanı zəif olanlardan) İslamdan üz döndərəcəyiniz (və ya İslamda qüdrət hakimiyyətə çatacağınız) təqdirdə yer üzündə fəsad törətmək öz qohumluqlarınızı (qohumluq əlaqələrinizi) tamamilə kəsməkdən başqa bir şey umulur?!
Kövsər Tağıyev:
Deməli, üz çevirdiyiniz zaman yer üzündə fitnə-fəsad çıxaracaq qohumluq əlaqələrini kəsəcəksiniz, eləmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər siz (münafiqlər) başına gəlsəniz ola bilər ki, yer üzündə fitnə-fəsad törədəsiniz öz qohumluq əlaqələrinizi kəsəsiniz.
Sabirə Dünyamalıyeva:
Bəs siz idarəçiliyi ələ keçirsəniz, yer üzündə fitnə-fəsad törətməyi qohumluq tellərini qırıb parçalamağı ümid edirsinizmi?