Əlixan Musayev:
Əgər kafirlər sizinlə vuruşsalar, mütləq arxaya dönüb qaçarlar. Sonra da onlar özlərinə nə bir himayədar, nə də bir yardımçı taparlar.
Bünyadov-Məmmədəliyev:
Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar.
Elmir Quliyev
:
Если неверующие сразятся с вами, то они непременно обратятся вспять и затем не найдут ни покровителя, ни помощника.
Ələddin Sultanov:
Əgər kafirlər sizinlə döyüşsəydilər, arxalarını çevirib qaçacaqdılar. Sonra onlar nə bir dost, nə də bir yardımçı tapa biləcəkdilər.
Kerbelayi Malik ağa:
Əgər kafirlər sizinlə döyüşsəydilər, mütləq arxa çevirib qaçardılar. Sonra bir dost və bir köməkçi də tapa bilməzdilər.
Ələsgər Musayev:
Əgər döyüşsəydilər sizinlə o kəslər ki, kafirdirlər, dönüb
dabanı üstə qaçardılar. Sonra onlar tapa bilməzlər dost və
yardım edən
A.Mehdiyev və D.Cəfərli:
Əgər küfr edənlər sizinlə vuruşsalar mütləq sizə arxa çevirər (və məğlub olar), sonra bir başçı və yardım edən tapmazlar.
Kövsər Tağıyev:
İnkar edənlər sizinlə savaşsaydılar, arxalarını dönüb qaçar, sonra nə bir dost, nə də bir yardımçı tapa bilərdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər sizinlə vuruşsalar, onlar geri dönüb qaçarlar. Sonra onlar nə bir himayəçi, nə bir kömək edən taparlar.
Sabirə Dünyamalıyeva:
Və əgər kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş kəslər] sizinlə vuruşsaydılar, həqiqətən Allahın əvvəlcədən qoyduğu qayda-qanuna/adətə uyğun olaraq, arxalarını çevirib qaçacaqdılar.