Həşr Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, Özündən başqa heç bir məbud olmayan, qeybi aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün bəndələrinə rəhm edən Rəhman, axirətdə isə yalnız möminləri bağışlayan Rəhimdir!)
Elmir Quliyev :
Он Аллах, и нет божества, кроме Него, Ведающего сокровенное и явное. Он Милостивый, Милосердный.
Ələddin Sultanov:
O, elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! Gizlini də, aşkarı da O bilir. O, mərhəmətlidir, rəhmlidir.
Kerbelayi Malik ağa:
O Allah ki, Ondan başqa İlah yoxdur. Qeybi (görünməyəni) görünəni O, bilər. O, Rəhmandır, Rəhimdir.
Ələsgər Musayev:
O Allahdır Odur ki, yoxdur Ilahi, ancaq Odur! Qeybə şəhadətə Alimdir. O Rəhmandır, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
O, özündən başqa heç bir tanrı olmayan, qeybi (gizlini) aşkarı (hər bir şüur sahibinin zahiri batini hissiyatından gizli aşkar olanı, yaxud hələ mövcud olmayan artıq mövcud olan hər bir şeyi) bilən Allahdır. O, bağışlayan mehribandır.
Kövsər Tağıyev:
O, özündən başqa heç bir ilah olmayan Allahdır. Qeybi də, görünən aləmi biləndir. O Rəhmandır, Rəhimdir.
M.Qənioğlu və T.Bilaloğlu:
O, Özündən başqa heç bir tanrı olmayan, qeybi aşkarı bilən Allahdır! O, mərhəmətlidir, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
O, Özündən başqa məbud deyə bir şey olmayan Allahdır. Görünməyəni görünəni biləndir. O, yaratdığı bütün canlılara dünyada çox mərhəmət edəndir, dərin mərhəmət sahibidir.