Mülk Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən?
Bünyadov-Məmmədəliyev:
Elə isə (küfrü ucbatından) üzüstə sürünən daha haqq yoldadır, yoxsa düz yolda düz gedən?!
Elmir Quliyev :
Кто же следует более правильным путем: блуждающий с опущенным лицом или идущий по прямому пути, выпрямившись?
Ələddin Sultanov:
Elə isə üzüstə sürünənmi daha çox doğru yolda gedər, yoxsa düz bir yolda düzgün yeriyən kimsəmi?!
Kerbelayi Malik ağa:
Elə isə üzü üstə sürünərək gedən kimsəmi daha çox hidayətə ərmişdir, yoxsa Sirati Müstəqim üzərində düz gedənmi?
Ələsgər Musayev:
Ə, kim ki, üzü üstə sürünərək yol gedə, hidayət tapar, ya kim ki, düz yolda möhkəm qədəm götürə?
A.Mehdiyev və D.Cəfərli:
Belə isə, məgər (yolun enişli-yoxuşlu olması üzündən) yıxılaraq üzü üstə sürünərək yol gedən şəxs daha artıq hidayət tapmışdır, yoxsa dik qamətlə düzgün yolda gedən şəxs?! (Daim küfr pozğunluq sapqınlığında həyat yolu gedən kafir, ya dinin düz yolunda imana söykənən bir mömin daha artıq hidayət olunmuşdur?!)
Kövsər Tağıyev:
Üzü üstə düşüb qalxaraq yeriyən daha doğru gedər, yoxsa düz bir yolda dik yeriyən?
M.Qənioğlu və T.Bilaloğlu:
Üzü üstə sürünərək gedən düz yoldadır, yoxsa doğru yol ilə rəvan gedən?
Sabirə Dünyamalıyeva:
Elə isə, üzü üstə sürünən daha doğru gedər, yoxsa düz yolda düz gedən?