Əraf Surəsi 22. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Beləliklə, (şeytan) onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara (belə) müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?”
Bünyadov-Məmmədəliyev:
Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?”
Elmir Quliyev :
Он низвел их (вывел из Рая или воодушевил на грех) обманом, и когда они вкусили от этого дерева, то обнажились их срамные места, и они стали прилеплять на себя райские листья. Тогда Господь их воззвал к ним: "Разве Я не запретил вам это дерево и не сказал вам, что дьявол для вас явный враг?"
Ələddin Sultanov:
Beləcə, onları yalan sözlərlə aldatdı. Ağacın (meyvəsindən) daddıqları zaman ayıb yerləri onlara göründü cənnət yarpaqları ilə üstlərini örtməyə başladılar. Rəbbi onlara: “Mən sizə bu ağacı qadağan etməmişdimmi? Sizə deməmişdimmi ki, şeytan sizin açıq-aşkar düşməninizdir?!” - deyə səsləndi.
Kerbelayi Malik ağa:
Beləcə o ikisini aldadaraq öndərlik etdi (bu yolu göstərdi). Ağacdan dadınca (meyvəsini yeyincə) ayıb yerləri özlərinə göründü (ortaya çıxdı) üzərlərini cənnət yarpaqları ilə örtməyə başladılar Rəbbi ikisinə belə səsləndi: ‘Sizin ikinizə bu ağacı qadağan etmədimmi? Sizin ikinizə şübhəsiz ki, şeytan açıq-aşkar düşməndir.’ demədimmi?
Ələsgər Musayev:
Beləcə onların hər ikisini məğrur etdi. Amma elə ki, daddılar ağacın meyvəsindən, örtülü ayıb yerləri aşkar oldu cənnət ağaclarının yarpaqlarından ayıb yerlərini örtməyə başladılar. Rəbbi onlara nida etdi: «Ə, Mən sizə bu ağacı qadağan etmədimmi demədimmi sizə, həqiqətən, şeytan hər ikiniz üçün ədavətlidir aşkar?»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, onları aldadaraq hiylə-kələklə (məqamlarından) endirdi. Elə ki, həmin ağacdan daddılar, ayıb yerləri onlara aşkar oldu onlar həmin Cənnətin ağaclarının yarpaqlarını özlərinə yapışdırmağa başladılar. Rəbbləri onlara (belə) nida etdi: «Məgər Mən sizə bu ağacı qadağan etməmişdim sizə deməmişdimmi ki, həqiqətən Şeytan sizin açıq-aşkar düşməninizdir?!»
Kövsər Tağıyev:
Bu şəkildə onları aldadaraq qadağanı pozmağa sövq etdi. Ağacdan daddıqları zaman övrət yerləri özlərinə göründü. Dərhal cənnət yarpaqları ilə üstlərini örtməyə başladılar. Rəbləri onlara: “Mən sizə bu ağacı qadağan etmədimmi? Şeytan sizə açıq-aşkar bir düşməndir, demədimmi?” deyə səsləndi.
M.Qənioğlu və T.Bilaloğlu:
Beləcə o, onları şirnikləndirərək aldatdı. Onlar ağacdan dadan kimi ayıbları özlərinə göründü onlar ayıb yerlərini cənnət ağaclarının yarpaqları ilə örtməyə çalışdılar. Rəbbi onlara üz tutub: “Mən o ağacı sizə qadağan etmədimmi sizə demədimmi ki, şeytan sizin açıq-aşkar düşməninizdir?" - dedi.
Sabirə Dünyamalıyeva:
Beləliklə onları aldataraq aşağıya endirdi. Onlar o dolaşıq, mübahisə doğuran şeyin; mal-dövlətin, paranın-pulun dadını aldıqdan sonra, tamahları, acgözlülükləri araya girdi mal-dövlət, para-pul yığmağa başladılar. Rəbbləri onlara xitab etdi: "Mən sizə mal-dövlət, para-pul düşkünü olmağı qadağan etmədimmi sizə, Bu şeytan həqiqətən sizin açıq-aşkar düşməninizdir, demədimmi?"