Əlixan Musayev:
De: “Həqiqətən, məni Allahdan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm!
Bünyadov-Məmmədəliyev:
De: “Məni Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm!
Elmir Quliyev
:
Скажи: "Никто не защитит меня от Аллаха, и мне не найти помимо Него прибежища.
Ələddin Sultanov:
De: “(Əgər Allah mənim üçün bir şər istəmişsə,) Allaha qarşı məni heç kim qoruya bilməz. Ondan başqa sığınacağım bir kimsə də tapa bilmərəm.
Kerbelayi Malik ağa:
De ki: ‘Şübhəsiz ki, məni heç kim Allahdan əsla qoruya bilməz. Mən əsla Ondan (Allahdan) başqa sığınacaq tapa bilmərəm.’
Ələsgər Musayev:
De: «Həqiqətən, məni Allahdan bir kəs müdafiə edə bilməz və Onun yanından başqa sığınacaq tapa bilmərəm
A.Mehdiyev və D.Cəfərli:
De: «Şübhəsiz, Allahın müqabilində kimsə əsla mənə pənah verə bilməz və mən də Ondan başqa bir sığınacaq əsla tapmaram»
Kövsər Tağıyev:
De ki: “Həqiqətən, məni Allahdan heç kim qoruya bilməz və yenə əsla Ondan başqa sığınacaq kimsə də tapa bilmərəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Heç kim məni Allahın əzabından qurtara bilməz və mən Ondan bir sığınacaq tapa bilmərəm."
Sabirə Dünyamalıyeva:
De ki: "Həqiqət budur ki, Allahdan məni, Allahdan [gələn şeylərin] təbliğ edilməsi və Onun elçiliyi vəzifələri xaricində heç kim heç vaxt qurtara bilməz.