Əlixan Musayev:
dünya və axirət barəsində. Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları (öz işinizə) qatırsınızsa, (bilin ki,) onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Dünya və axirət (işləri) barəsində. (Ya Rəsulum!) Səndən yetimlər haqqında sual edənlərə söylə: “Onlar üçün (onların malını qorumaq və güzəranlarını) yaxşılaşdırmaq xeyirlidir (nəcib əməldir). Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah islah (yaxşılıq) edənləri də, fəsad salanları da tanıyır. Əgər Allah istəsəydi, sizi, əlbəttə, əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət, hikmət sahibidir!
Elmir Quliyev
:
над этим миром и Последней жизнью. Они спрашивают тебя о сиротах. Скажи: "Делать им добро — хорошо. Если вы объедините свои дела, то ведь они — ваши братья. Аллах отличает распространяющего нечестие от творящего добро. Если бы Аллах захотел, то поставил бы вас в затруднительное положение. Воистину, Аллах — Могущественный, Мудрый".
Ələddin Sultanov:
Dünya və axirət barəsində (düşünün)! Səndən yetimlər haqqında da soruşurlar. De ki: “Onlar üçün (yaşayışlarını) yaxşılaşdırmaq daha xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah fitnə-fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət və hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Dünya və axirət barəsində və yetimlər haqqında səndən soruşurlar. De ki: ‘Onları islah etmək (vəziyyətlərini yaxşılaşdırmaq) xeyirlidir. Əgər onlara qarışsanız (bir yerdə yaşasanız), artıq onlar sizin qardaşlarınızdır. Allah fəsad çıxaranı islah edəndən (ayırıb) bilir. Əgər Allah diləsəydi, əlbəttə sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah Əzizdir (üstündür), Hakimdir (hökm və hikmət sahibidir).
Ələsgər Musayev:
dünya və axirətdə Sual edirlər sənə yetimlərdən De:
«Islah onlar üçün xeyirlidir. Və əgər qaynayıb - qarışsanız
onlara, qardaşlarınızdır sizin». Və Allah bilir fəsad edəni
islah edəndən. Və əgər istəsəydi Allah, çətinliyə salardı sizi
Həqiqətən Allah Əzizdir Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
dünya və axirət (işləri) barəsində! Və səndən yetimlər(in işlərinə müdaxilə etmək) barəsində soruşurlar, de: «Onların vəziyyətinin düzəldilməsi daha yaxşıdır. Əgər onlarla bir yerdə yaşasanız (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır. Allah islah edəni fəsad törədəndən seçir. Əgər Allah istəsəydi, sizi çətinliyə salardı (onların mallarının və canlarının qorunmasını ayrı-ayrılıqda hər birinizə vacib edərdi). Həqiqətən Allah qüdrətli və hikmətlidir.
Kövsər Tağıyev:
Dünya və axirət haqqında düşünəsiniz deyə belə edir. Bir də səndən yetimləri soruşurlar. De ki: “Onların vəziyyətini yaxşılaşdırmaq xeyirlidir. Əgər onlarla qarışıb (birlikdə yaşa)yarsınızsa, (bunda bir maneə və sıxıntı yoxdur). (Onlar da) sizin qardaşlarınızdır. Allah fitnə-fəsad salanı da bilir, islah edəni də. Allah istəsəydi, sizi çətinə salardı. Şübhəsiz ki, Allah mütləq güc sahibidir, hökm və hikmət sahibidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
bu dünya və axirət barəsində. Yetimlər haqqında səndən soruşsalar de: "Onların (vəziyyətini) düzəltmək yaxşı işdir. Onlarla qaynayıb qarışsanız, sizin qardaşlarınız olarlar." Allah bəd əməl sahibini əməlisalehdən ayırd edir. Allah istəsəydi, sizi çətin vəziyyətə salardı. Həqiqətən də Allah qüdrət və hikmət sahibidir !
Sabirə Dünyamalıyeva:
Səndən yetimlər barədə də soruşurlar. De ki: Onlar üçün ən xeyirlisi "yaxşılaşdırmaqdır". Əgər onların [içinə] qarışmışsınızsa, artıq onlar sizin qardaşlarınızdır. Allah, fitnə salanla yaxşılaşdıranı bir-birindən seçər. Əgər Allah istəsəydi, sizi çətinliyə salardı. Şübhəsiz ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.