Əlixan Musayev:
Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!” Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!
Elmir Quliyev
:
Они спрашивают тебя о менструациях. Скажи: "Они причиняют страдания. Посему избегайте половой близости с женщинами во время менструаций и не приближайтесь к ним, пока они не очистятся. А когда они очистятся, то приходите к ним так, как повелел вам Аллах. Воистину, Аллах любит кающихся и любит очищающихся".
Ələddin Sultanov:
Səndən aybaşı barəsində də soruşurlar. De ki: “O, əziyyətli bir haldır. Aybaşı vaxtı qadınlardan uzaq durun və təmizlənənə qədər onlara yaxınlaşmayın! Təmizləndiklərində isə, Allahın sizə əmr etdiyi yerdən onlara yaxınlaşın!” Şübhəsiz ki, Allah çox tövbə edənləri və təmizlənənləri sevir.
Kerbelayi Malik ağa:
Səndən heyz barəsində soruşurlar. De ki: ‘O bir əziyyətdir. Buna görə heyz zamanında qadınlardan (cinsi olaraq) uzaq durun və təmizlənənə qədər onlara yaxınlaşmayın. Təmizləndikləri zaman isə artıq Allahın əmr etdiyi yerdən onlara yaxınlaşın. Şübhəsiz ki, Allah təvvabin olanları (tövbə edənləri) və təmizlənənləri sevər.
Ələsgər Musayev:
Sual edirlər sənə heyzdən De: «O,
əziyyətdir». Və kənar olun qadınlardan heyzdə və yoxdur
qəribliyiniz onlara, ta təmizlənələr. Və onda ki təmizləndilər və
gəlin onlara haradan əmr edib sizə Allah Həqiqətən, Allah
sevir tövbə edənləri və sevir paklananları!
A.Mehdiyev və D.Cəfərli:
Səndən aybaşı barəsində soruşurlar, de: «O bir növ əziyyət və narahatçılıqdır». Odur ki, aybaşı zamanı qadınlar(la cinsi əlaqədə olmaq)dan uzaq olun və pak olmayınca, onlara yaxınlaşmayın. Elə ki, (aybaşıdan) pak oldular (ya qüsl verdilər) onlarla Allahın sizə əmr etdiyi yerdən yaxınlıq edin. Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir.
Kövsər Tağıyev:
Səndən qadınların heyz (aybaşı) halı haqqında soruşurlar. De ki: “O, bir əziyyət halıdır. Heyz halında ikən qadınlardan uzaq durun. Təmizlənənə qədər onlara yaxınlaşmayın. Təmizləndikləri zaman Allahın sizə əmr etdiyi yerdən onlara yaxınlaşın. Şübhəsiz ki, Allah çox tövbə edənləri sevər, çox təmizlənənləri sevər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Səndən aybaşı haqqında soruşsalar, de: "O, narahatedicidir. Aybaşı vaxtı qadınlardan uzaq olun və pak olmayınca onlara yaxın durmayın. Onlar pak olduqdan sonra Allahın buyurduğu yerdən onlara yaxınlaşın." Həqiqətən də Allah tövbə edənləri sevir, pak olanları sevir!
Sabirə Dünyamalıyeva:
Səndən qadınların aybaşı halı barəsində də soruşurlar. De ki: "O, bir əziyyətdir. Onun üçün aybaşı halında qadınlardan çəkilin və təmizlənənə qədər onlarla cinsi əlaqədə olmayın. Artıq yaxşıca təmizləndikdən sonra da Allahın əmr etdiyi yerdən onlara yaxınlaşın. Şübhəsiz ki, Allah, xətadan yaxşıca dönənləri sevər və çox təmizlənənləri Sevər."